Asan Aç

DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

15 fevral 2024, 15:56
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

İclasda “DOST Agentliyinin SƏTƏM üzrə 2024-cü il üçün fəaliyyət planı” mövzusunda təqdimat edilib. Həmçinin Agentliyin bütün struktur bölmələrinin rəy və təklifləri nəzərə alınaraq “DOST Çağrı Mərkəzi 142” MMC-nin Müraciətləri cavablandıran işçilərin xidmət keyfiyyətinin və fəaliyyətinin qiymətləndirilməsinə dair prosedur sənədi müzakirəyə çıxarılıb.

Görüşdə “DOST” mərkəzlərinin 2024-cü ilin yanvar ayı üzrə fəaliyyətlərinin yekunları ilə bağlı hesabat verilib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi