Asan Aç

DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

10 may 2024, 16:50
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə Agentliyin gündəliyində olan məsələlər müzakirə olunub.

İclasda “DOST Təşəbbüs” üzrə fəaliyyətin tənzimlənməsinə dair prosedur, həmçinin “Daxili aktların hazırlanması” və “Xaric olan sənəd və müraciətlərin idarə olunması” proseduru yeni redaksiyada təsdiq edilməsi üçün İdarə Heyətinə təqdim edilib.

Daha sonra Strateji planın icra vəziyyəti ilə bağlı 2024-cü ilin birinci rübünə dair hesabat nümayiş olunub.

Görüşdə “DOST” mərkəzlərinin 2024-cü ilin aprel ayı üzrə fəaliyyətlərinin yekunlarına dair hesabat dinlənilib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan mövzular barədə fikirlərini bildirib, müvafiq tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi