Asan Aç

Fərid Eldəniz oğlu Məmmədov - DOST Agentliyinin İdarə Heyətinin sədri

1977-ci ildə Bakı şəhərində anadan olub.

1997-ci ildə Azərbaycan Universitetinin Bank işinin təşkili ixtisası üzrə bakalavr, 1999-cu ildə Azərbaycan Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirib.

2012-2014-cü illərdə Avstriyanın Vyana İqtisadiyyat Universitetinin İdarəçilik Akademiyasında Layihələrin və proseslərin idarə edilməsi ixtisası üzrə peşəkar magistratura səviyyəsində təhsil alıb.

Müxtəlif dövlət orqanlarında, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarında, özəl sektorda, habelə tanınmış xarici şirkətlərdə ekspert və rəhbər vəzifələrdə çalışıb, eyni zamanda bir sıra beynəlxalq layihələrin eksperti, layihə koordinatoru və meneceri olub.

13 dekabr 2018-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, iki övladı var.

Tel: +99412 5255026/27

E-mail: dost_info@sosial.gov.az

Facebook hesabı: https://facebook.com/farid.mammadov.dost

İnstagram hesabı: https://instagram.com/farid.mammadov.dost

"X" hesabı: https://twitter.com/Farid_M_DOST

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi