Asan Aç

Sosial sığorta nədir?

Sosial sığorta  — “Sosial sığorta haqqında” qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hər bir sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır.

      Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir:

  • sosial sığorta nömrəsi;
  • adı, atasının adı, soyadı (sığorta olunanın doğulduğu dövrdəki soyadı da göstərilməlidir); 
  • doğulduğu il, ay, gün;
  • doğulduğu yer;
  • cinsi;
  • daimi qeydiyyatda olduğu yerin, qaçqın və məcburi köçkünlərin isə məskunlaşdıqları yerin ünvanı; 
  • şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı; 
  • vətəndaşlığı;
  • telefon nömrəsi;
  • əmək pensiyasının təyin edilməsi üçün sosial sığorta stajı, o cümlədən əmək şəraitinə görə güzəştli staj müddəti; 
  • məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün); 
  • sığortaedən  tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün);
  • işsizlikdən sığorta ödənişiödənildiyi müddətlər; 
  • məcburi dövlət sosial sığorta haqqı ödənilməyən, lakin müvafiq qanunvericiliyə uyğun olaraq, sosial sığorta stajına daxil edilən müddət; 
  • əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) və indeksləşdirilməsi haqqında məlumat.
  • sığortaolunanın 2006-cı il yanvarın 1-i tarixinə qazanılmış əmək pensiyası hüququna uyğun şərti qaydada hesablanmış əmək pensiyası kapitalı haqqında məlumat;
  • fərdi şəxsi hesabın sığorta hissəsi və onun indeksləşdirilməsi haqqında məlumat;
  • fərdi şəxsi hesabın yığım hissəsi haqqında məlumat;
  • sığortaolunanın fərdi şəxsi hesabının bağlanması haqqında məlumat.

Sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar onun əmək fəaliyyəti müddətində müntəzəm olaraq dəqiqləşdirilməlidir.

Sığortaolunanın fərdi şəxsi hesabı dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən sığortaolunanın bütün ömrü boyunca, ölümündən sonra isə əmək pensiyası işlərinin saxlanılması qaydasında nəzərdə tutulmuş müddət ərzində mühafizə olunub saxlanılır.

sığortaolunan öldükdə, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 5.2.2 - 5.2.7-ci maddələrində olan məlumatları ölüm faktının qeyd olunduğu gündən bir ay ərzində dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir.

sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən mərkəzləşdirilmiş qaydada saxlanılır və məlumatların ehtiyat bazası yaradılır.

         Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.

© 2021 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi