Asan Aç

Surdotərcümə xidməti

Əlillik məsələlərinə dair qanunvericilikdə göstərilən, habelə beynəlxalq təcrübədə qəbul olunmuş bu qrupdan olan şəxslərin hüquqlarının təmin olunmasında bərabər imkanların təmin edilməsi məqsədi ilə DOST Mərkəzlərində surdotərcümə xidməti təşkil edilib.

Xidmətin təşkilində məqsəd eşitmə və nitq məhdudiyyəti olan şəxslərin müraciət etmə, informasiya əldə etmə, habelə inzibati icraatda iştirak hüquqlarının təmin edilməsi, DOST xidmətlərinə sərbəst çıxışlarının təmin edilməsidir.

Xidmətin göstərilməsi qaydası

Vətəndaşlar DOST Agentliyinin rəsmi internet saytına daxil olaraq əsas səhifədə qarşılarına çıxan "onlayn növbə" düyməsinə basaraq, ardınca açılan səhifədə xidmət almaq istədikləri “DOST” mərkəzi, xidmət istiqaməti, xidmət tarixi və vaxtını seçməklə, eləcə də, şəxsiyyət vəsiqəsinin məlumatlarını daxil etməklə və daha sonra açılan pəncərdə surdotərcümə xidmətini seçməklə surdotərcümə xidmətini sifariş edə bilərlər.

Surdotərcümə xidmətindən yararlanmaq üçün "onlayn növbə" götürmək mütləqdir.

Vətəndaşın “DOST” mərkəzinə müraciəti

Şəxs onlayn növbəsinə uyğun olaraq müvafiq masaya yaxınlaşır. Mərkəzin müvafiq istiqamət üzrə sosial agenti xüsusi proqram ilə təchiz edilmiş video kamera və monitor vasitəsilə surdotərcüməçi ilə video əlaqə yaradır və şəxsə xidmət göstərir.

© 2022 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi