Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans

1 noyabr 2023, 18:02
A+ A-
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə 20 dekabr 2023-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi, DOST Agentliyinin 5 illiyinə həsr olunmuş "Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması" mövzusunda elmi-praktiki konfrans keçiriləcək. Konfransda iştirak, məqalə və tezislərin təqdim edilmə qaydaları haqda məlumat aşağıda qeyd olunub:

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 5 illiyinə həsr olunmuş “Sosial sahədə müasir dövlət xidmətlərinin formalaşmasının elmi paradiqması” mövzusunda elmi-praktiki konfrans keçiriləcək. 

KONFRANS MATERİALLARINA DAİR TƏLƏBLƏR

Məqalə və tezislərin nəşri ödənişsizdir.

Konfrans materialları Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

Konfrans dili – Azərbaycan dilidir.

Konfrans – hibrid formatda keçiriləcək.

Konfrans materialları jurnal formasında Bakı Dövlət Universiteti və DOST Agentliyinin rəsmi saytlarında yerləşdiriləcək (2023), eləcə də çap formatında nəşr olunacaq (2024). 

  • Konfransda iştirak etmək üçün son qeydiyyat tarixi: 15 dekabr 2023-cü il
  • Konfransın keçiriləcəyi məkan: Bakı Dövlət Universiteti
  • Məqalə və tezis formatı: Məqalələr A4 formatda, 12 ölçüdə, 1,0 sətirlərarası intervalla, Times New Roman şrifti ilə yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boşluq buraxılmalıdır. 
  • Məqalənin həcmi: 7 səhifədən artıq olmamalıdır.
  • Tezisin həcmi: 3 səhifədən artıq olmamalıdır.
  • Məqalə və tezislərin məzmunu konfransın mahiyyətindən kənara çıxmamalıdır (sosial sahədə müasir dövlət xidmətlərinin təşkili, “bir” pəncərə konsepsiyası, sosial xidmətlərin xəritələnməsi, xidmətlərin rəqəmsal platformaya daşınması, sosial xidmətlərin göstərilməsində kompleks yanaşmaların, blokçeyn texnologiyalarının və süni intellektin tətbiqinin yaratdığı imkanlar, Qarabağ İqtisadi zonasında sosial xidmətlərə dair ehtiyacların proqnozlaşdırılması, sosial xidmətlərin proqnozlaşdırılmasında dərinləşdirilmiş və məmnunluq sorğularının əhəmiyyəti, sosial xidmətlərin genişləndirilməsində/xəritələnməsində risk qruplarının ehtiyaclarının qiymətləndirilməsi, sosial xidmətlər paketində əlillik – mənfi və müsbət təcrübələr, əlilliyi olan şəxslər üçün inklüziv sosial çevrənin təmin olunması ilə bağlı məsələlər və s.)

Əsas istiqamətlər

Təqdim olunan məqalə və tezislər konfrans mövzusu ilə bilavasitə əlaqələndirilməli və aşağıda qeyd edilən elm sahələri üzrə baxılacaqdır:

Hüquq Elmləri; sosiologiya; iqtisad elmləri; digər sahələr.

  • Müəllif: Məqalədə və ya tezisdə müəllifin adı və soyadı /məs.: Həsən Həsənov, iş yeri tam şəkildə, müəllifin elmi dərəcəsi, elektron ünvanı və telefon nömrəsi məqalənin və ya tezisin başlığından əvvəl sağ tərəfdə göstərilməlidir. Təhsilini davam etdirən müəllif təhsil pilləsinə uyğun olaraq özü haqqında məlumatda bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda heç bir yerdə təhsil almayan və elmi dərəcəsi olmayan müəllif bu məlumatı qeyd etmədən yalnız yaşadığı şəhər və ölkəni qeyd etməlidir. Sadalanan məlumatlar, həmçinin türk, rus, və ingilis dilində yazılan xülasənin əvvəlində ingilis dilində də verilməlidir.

Məqalə aşağıdakı hissələrdən ibarət olmalıdır:

  • Xülasə: Məqalə əvvəldə təqdim edildiyi dilindən asılı olmayaraq Azərbaycan və ingilis dillərində açar söz və ifadələr də daxil olmaqla 200 sözdən artıq olmamalıdır. 
  • Açar söz və ifadələr: 5 söz və/və ya ifadədən az olmayaraq Azərbaycan və ingilis dillərində olmalıdır.
  • Giriş
  • Müzakirə (əsaslandırma)
  • Nəticə
  • Ədəbiyyat: İstinad mənbələrinin sayı 6-dan az olmamalı, mənbələr Azərbaycan, türk, rus, ingilis və ya digər dillərdədirsə, həmin dillərdə yazılmalı, digər dillərdə olduqda isə latın qrafikasına transliterasiya edilməlidir.
  • Ədəbiyyat siyahısının tərtibat qaydası: Ədəbiyyat siyahısı istinad ardıcılığı ilə verilməli, müəllifin soyadı, adının baş hərfi, mötərizə daxilində əsərin nəşr ili, əsərin adı, nəşr olunduğu şəhər və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır.  Nümunə: Rəcəbli, Ə. (2006). Qədim türk yazısı abidələrinin dili. Bakı: Elm, 214 s.
  • İstinadlar məqalənin daxilində mötərizədə müəllifin soyadı, əsərin ili və səhifəsi qeyd olunmaqla göstərilməlidir. Nümunə: (Hüseynov L.H., 2000: 43)
  • İstinadlar internet resursları olduqda təkcə mötərizə daxilində sıra nömrəsi ilə qeyd olunmalıdır. Nümunə: (8), (5) və s. 

 Əlaqə məlumatları

Konfransın keçiriləcəyi ünvan:

Bakı şəh., Akademik Zahid Xəlilov küçəsi 33. , AZ1073/1, Bakı Dövlət Universiteti, əsas korpus, akt zalı.

Məqalə və tezislərin qəbul olunduğu ünvan:

Bakı şəh., İsmayıl Qutqaşınlı küç., 86, AZ1073

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)

Çağrı mərkəzi:

142

Məsul şəxs:

(012) 5255026/27 daxili 91024 İlkin Rüstəmov

E-poçt:

conference_2023@sosial.gov.az

Sosial Media: 

DOST Agentliyi BDU

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi