Asan Aç

Əlilliklə bağlı ümumi məlumatlar

“Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

 

Kvota müəyyən edilmiş iş yerlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir.

Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada dərman preparatları, tibbi xidmət, ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi, həmçinin protez-ortopediya məmulatları, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) ilə təmin olunurlar.

Əlilliyi olan şəxslərə protez-ortopediya məmulatları, təkərli oturacaqlar, texniki və başqa reabilitasiya vasitələri dövlət büdcəsi vəsaiti hesabına pulsuz verilir.

Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.

Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

İşsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı əlilliyi olan şəxslərə üstünlük verilir

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi