Əmək pensiyası - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – Qanun) nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.
Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır.
Əmək pensiyasının minimum məbləği 2023-cü il 1 fevral tarixindən 280 manat məbləğində müəyyən olunub
Əmək pensiyasının sığorta hissəsinə Qanuna əsasən əlavələr oluna bilər.
Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, Qanunun 32-ci maddəsində müəyyən edilmiş müddətlərə təyin edilir. Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.
Əmək pensiyası təyin olunduqdan sonra pensiya ödənişi üzrə bank kartları avtomatik olaraq sifariş edilir.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi