Məcburi dövlət sosial sığorta haqqı nədir?
Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
Sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;
Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
|
Sığorta haqqına cəlb edilən aylıq gəlir |
sosial sığorta haqqı dərəcəsi |
||
|
cəmi |
sığortaolunanın gəlirlərindən tutulan |
sığortaedənin vəsaiti hesabına ödənilən |
|
|
200 manatadək |
25 faiz |
3 faiz |
22 faiz |
|
200 manatdan 8000 manatadək |
25 faiz |
6 manat + 200 manatdan 8000 manatadək olan hissənin 10 faizi |
44 manat + 200 manatdan 8000 manatadək olan hissənin 15 faizi |
|
8000 manatdan çox olduqda |
21 faiz |
786 manat + 8000 manatdan çox olan hissənin 10 faizi |
1214 manat + 8000 manatdan çox olan hissənin 11 faizi |
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
Sahibkarlıq fəaliyyəti üzrə –minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında;
toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 8 faizi miqdarındafərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;
çəkməçi, pinəçi, bərbər, dərzi fəaliyyəti, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən (ofisiant), fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər – minimum aylıq əməkhaqqının 5 faizi miqdarında;saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri – minimum aylıq əməkhaqqının 6 faizi miqdarında;
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 14.5.1-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər (bu Qanunun 14.5.1-1.3-cü maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla) üçün aylıq sosial sığorta haqqının məbləği 2026-cı il yanvarın 1-dək aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:
Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;
Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;
Digər şəhər və rayonlarda – 1,0
Mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında;
Xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında
xüsusi icra məmurları üzrə – minimum aylıq əməkhaqqının beş mislinin 25 faizi miqdarında;
Müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri və sərbəst mediatorlar – gəlirlərinin (xərclər çıxılmaqla) 15 faizi miqdarında;
mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:
5 hektaradək olduqda – 5 faiz miqdarında;
5 hektardan 10 hektaradək olduqda – 7,5 faiz miqdarında;
10 hektardan yuxarı olduqda – 12,5 faiz miqdarında;
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.1-1.1 – 14.5.1-1.9-cu və 14.5.1 1.11-ci maddələrində göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı 2026-cı il yanvarın 1-dək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin,məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.1.1-10-cu maddəsində göstərilən fiziki şəxslər tərəfindən isə “Fərqlənmə nişanı” alınarkən ödənilir.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədləri üçün neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi