Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçiriləcək.
7-8 sentyabr 2023-cü il tarixində Bakı şəhərində baş tutacaq konfransın məqsədi yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində surətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.
Konfrans iki plenar və üç paralel iclaslardan ibarət olmaqla yerli və beynəlxalq sahə ekspertlərinin müxtəlif mövzularda təqdimatlar, panel müzakirələr və çıxışları ilə davam edəcəkdir.
Vahid platforma üzrə mövcud təcrübələrin bir araya gətirilməsi, trendlərin müəyyən edilməsi və qlobal məqsədlərin formalaşdırılması;
DOST konsepsiyasının yerli və qlobal miqyasda tanınma səviyyəsinin artırılması;
Müsbət və mənfi təcrübələrdən faydalanılması;
DOST Agentliyinin uğurla nəticələnmiş layihələrinin və fəaliyyətlərinin gündəmə gətirilməsi/qeyd edilməsi;
DOST xidmətləri barədə ictimaiyyətin məlumatlandırılması.
7 Sentyabr 2023
|
||
09:00 – 10:00 | İştirakçıların qeydiyyatı | |
10:00 – 11:00 |
Açılış mərasimi Əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayev tərəfindən iştirakçıların salamlanması və fəxri qonaqların açılış nitqləri |
|
11:00 – 11:30 | Çay fasiləsi | |
11:30 − 13:00 |
Plenar iclas 1: Vahid platforma konsepsiyasında idarəetmə modelləri |
|
13:00 − 14:00 | Nahar | |
14:00 - 15:30 |
Plenar iclas 2: Vahid platforma konsepsiyasında koordinasiya və kommunikasiya |
|
15:30 − 16:00 | Çay fasiləsi | |
16:00 - 16:30 | İştirakçıların növbəti günün proqramı ilə tanışlığı |
8 Sentyabr 2023
|
||
10:00 - 11:30 |
Panel müzakirəsi 1: Xidmətlərin vahid platforma konsepsiyasına inteqrasiyası və əlçatanlığın təmin edilməsi Panel müzakirəsi 2: Xidmət keyfiyyətinin təmin edilməsində qiymətləndirmə alətləri Panel müzakirəsi 3: İR siyasəti vahid platformanın təşkilati inkişafı üçün əhəmiyyətli alət kimi |
|
11:30 − 12:00 | Çay fasiləsi | |
12:00 - 12:30 |
Mükafatlandırma
|
|
12:30 - 13:00 | Bağlanış mərasimi |
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi