Əmək və Sosial qanunvericiliklə bağlı təlimlərin təşkil edilməsi ilə bağlı prosesi müəyyən edir
Əmək və sosial qanunvericiliklə bağlı təlimlərin təşkil edilməsi və bu barədə işəgötürənə və işçilərə məlumat verilir
Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.İşçi müvafiq autentifikasiya vasitələrindən istifadə etməklə elektron informasiya sisteminə daxil olaraq və ya fiziki olaraq xidmət göstərilmə yerlərinə müraciət etməklə özü barəsində sistemdə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinə dair məlumatları əldə edir. Şəxsiyyət vəsiqəsinə əsasən şəxsin e-sosial.az portalındakı məlumatları nəzərdən keçirilir
"İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan 30 gün müddətində yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi