Sosial-pedaqoji xidmət göstərilməsi üçün müraciətin qəbulu

1. Xidmətin adı
Sosial-pedaqoji xidmət göstərilməsi üçün müraciətin qəbulu
2. Xidmətin məzmunu
  • 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə:
  • uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi
  • uşaqların və ailələrin sosial inkluziyasına köməklik göstərilməsi
  • uşağın inkişafı üçün valideynlərə müvafiq məsləhətlərin verilməsi, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadənin öyrədilməsi
  • inkişaf pozuntuları olan uşaqların psixoloji-tibbi- pedaqoji müayinəsi, uşaqlara hərtərəfli qabaqlayıcı-inkişafedici yardımın göstərilməsi və onların valideynlərinə (qanuni nümayəndələrinə) psixoloji-pedaqoji dəstəyin verilməsi
  • uşaqlara qrup və fərdi məşğələlər, məsləhətlər (konsultasiya) formasında reabilitasiya xidmətlərinin göstərilməsi
  • funksional bacarıqları bərpa etmək üçün aktiv terapiya, fizioterapiya, nitq və ünsiyyət terapiyası, gündəlik həyat fəaliyyətləri, idman terapiyası və digər tədbirlərin görülməsi;
  • uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi
  • uşaqların sağlamlıq və əqli imkanlarına uyğun olaraq, ilkin biliklərə yiyələnməsinə, təhsil almasına və ya peşəyə yiyələnməsinə köməklik göstərilməsi
  • Baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlara münasibətdə:
  • pedaqoji korreksiya üçün kompleks tədbirləri təşkil etmək məqsədi ilə uşağın normal və ya ictimai təhlükəli davranışını xarakterizə edən əlamətlərin öyrənilməsi, onun potensialının və meyillərinin, cəmiyyətdən təcrid olunmasının (əgər belə hal varsa) forma və dərəcəsinin müəyyən edilməsi
  • uşağın dünyagörüşünün genişləndirilməsinə, ünsiyyət qabiliyyətinin artırılmasına, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin təşkili, mədəni-kütləvi tədbirlərdə (ekskursiya, teatr, sərgi, konsert, yubileylər və digər) uşağın iştirakının təmin edilməsi
  • fiziki və əqli qabiliyyətlərinə uyğun olaraq uşaqların təhsil almasına və müxtəlif peşələrə yiyələnməsinə köməklik göstərilməsi
  • uşağın əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması
  • Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə münasibətdə:
  • mədəni-asudə vaxtın təşkili, kitablar, qəzetlər, jurnallarla, stolüstü və digər oyunlarla təmin edilməsi
  • maraqlar üzrə klubların yaradılması, poeziya gecələrinin keçirilməsi, əl işi sərgilərinin və yarmarkalarının təşkil edilməsi
3. Xidmətin aid olduğu təsnifat
  • Sosial xidmət
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Sosial Xidmətlər Agentliyi (Sosial Xidmətlər Agentliyi)
5. Xidmətin hüquqi əsası
  • “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini haqqında Əsasnamə”
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”
  • Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı” və “DOST” mərkəzlərində xidmət göstərilməsi Qaydası”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 31 yanvar tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarı ilə təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”
6. Xidmətin həyata keçirilmə formaları
  • Xidmət yerinə şəxsən gəlməklə
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
  • Elektron qaydada
  • Poçt vasitəsilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Şəxsən (yerində)
8. Xidmətin həyata keçirilməsinin nəticəsi

Sosial-pedaqoji xidmətin göstərilməsi təmin olunur.

9. Xidmət istifadəçisi barədə məlumat
  • Azərbaycan Respublikası vətəndaşları
  • Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları
  • Müddət: Fərdi Reabilitasiya Proqramına əsasən
  • Xidmət haqqı: Ödənişsiz
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
  • Elektron qaydada 7/24
  • Digər hallarda iş günlərində iş saatları ərzində
12. Xidmətin göstərilmə yeri
  • DOST mərkəzləri və filiallarının inzibati binası
  • Sosial Xidmətlər Agentliyin tabeliyində olan sosial xidmət müəssisələri
  • Sosial Xidmətlər Agentliyinin yerli qurumlarının inzibati binası
  • Şəxsin yaşayış yeri
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
  • Hüquqi əsasın olmaması
  • Şəxsin xidmətdən çıxarılması
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
  • şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)
  • Fərdi Reabilitasiya Proqramı
  • xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız üzərində təqdim edilir
15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
  • Sosial xidmət müəssisələrinə yerləşdirilmiş şəxslərə (ailələrə) Fərdi Reabilitasiya Proqramına əsasən sosial xidmət göstərilir
  • Şəxslər (ailələr) və ya onların qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxslərin razılığı ilə digər şəxslər yaşayış yeri üzrə Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət edir.
  • Sosial xidmətin göstərilməsi barədə müraciət daxil olduğu gün şəxsin (ailənin) sosial xidmətə olan tələbatı mütəxəssis (sosial-pedaqoji xidmətləri üzrə) tərəfindən qiymətləndirilir
  • Qiymətləndirmə zamanı müəyyənləşmiş tələbata uyğun şəxsə sosial xidmət göstərilir.
16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
  • Sosial xidmət müəssisələrinə yerləşdirilmiş şəxslərə (ailələrə) Fərdi Reabilitasiya Proqramına əsasən sosial xidmət göstərilir
  • Şəxslər (ailələr) və ya onların qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxslərin razılığı ilə digər şəxslər yaşayış yeri üzrə Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət edir.
  • Sosial xidmətin göstərilməsi barədə müraciət daxil olduğu gün şəxsin (ailənin) sosial xidmətə olan tələbatı mütəxəssis (sosial-pedaqoji xidmətləri üzrə) tərəfindən qiymətləndirilir
  • Qiymətləndirmə zamanı müəyyənləşmiş tələbata uyğun şəxsə sosial xidmət göstərilir.
17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
  • “e-sosial” portalı
  • “Elektron hökumət” portalı
  • Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
18. Xidmətin elektronlaşma səviyyəsi
  • Elektronlaşdırılıb
19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
  • Avtomatlaşdırılmayıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi