Fərdi reabilitasiya və abilitasiya proqramının tərtib edilməsi
1. Xidmətin adı
Fərdi reabilitasiya və abilitasiya proqramının tərtib edilməsi
2. Xidmətin ID nömrəsi
04-03-07-00
3. Xidmətlər üzrə təsnifat
Əlillik və sağlamlıq imkanlarının məhdudluğu sahəsində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
"DOST" mərkəzi
Regional "DOST" mərkəzi
"DOST" filialı
5. Xidmətin hüquqi əsası
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”
“Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli Qərarı
“Əlilliyi olan şəxslərin abilitasiyası Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 521 nömrəli Qərarı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”
6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
Şəxsən
Qanuni nümayəndə vasitəsilə
Özünəxidmət (elektron sistemlər) vasitəsilə
Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
"DOST" mərkəzləri
Çağrı mərkəzi
Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
Şəxsən
Qanuni nümayəndə vasitəsi ilə
Çağrı mərkəzi vasitəsilə
Özünəxidmət (elektron sistemlər) vasitəsilə
Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
Əhali: Azərbaycan Respublikasının vətəndaşları
Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
DTSERA
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
gün
13. Xidmətin həyata keçirilməsi müddəti
15
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
gün
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
2
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
13
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
10
19. Xidmət haqqı
Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
"DOST" mərkəzi
Regional "DOST" mərkəzi
"DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
Şəxsiyyət vəsiqəsi
Əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış
Qeyd: MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.
22. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)
"DOST" mərkəzinə müraciət edən şəxs əlillik istiqaməti üzrə növbə götürür.
Növbəsinə uyğun olaraq əlillik istiqaməti üzrə müvafiq masaya yaxınlaşır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (MEİS) elektron məlumatların əldə edilməsi mümkün olmadıqda, müraciət edən şəxs tələb olunan sənədləri sosial agentə təqdim edir.
Sosial agent tərəfindən MEİS-in “Əlillik” (TSERAS) altsistemi vasitəsi ilə şəxsin əlilliyi barədə məlumatlar yoxlanılır.
Şəxs Mərkəzdə fəaliyyət göstərən TSEK-ə yönləndirilir.
TSEK tərəfindən şəxsin əlilliyinin diaqnozuna uyğun olaraq fərdi reabilitasiya və abilitasiya proqramı hazırlanır.
23. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
e-sosial.az
MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)