Asan Aç

Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətin təyin edilməsi

1. Xidmətin adı
Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətin təyin edilməsi
2. Xidmətin məzmunu

Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına aylıq sosial müavinətin təyin edilməsi

3. Xidmətin aid olduğu təsnifat
  • Sosial müavinət
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Dövlət Sosial Müdafiə Fondu)
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
5. Xidmətin icrasında iştirak edən dövlət qurumunun adı
    6. Xidmətin hüquqi əsası
    • “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1.15-ci, 7.0.10-5-ci, 9.1.12-ci, 10.2-2-ci, 11.1.9-cu maddələri
    • “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsi
    • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1-ci bəndi, 2.1.1-1-ci, 3.1.57-1-ci, 3.1.57-7-ci və 3.1.57-9-cu yarımbəndləri
    • “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanın1.1.13-cü yarımbəndinin 2-ci abzası
    • Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanın ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.2.2-ci yarımbəndinin 4-2-ci abzası
    • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 1.1-ci bəndi, 2.1.4-cü, 3.1.14-cü, 3.1.17-ci və 3.1.18-ci yarımbəndləri
    • “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanın 1-ci hissəsi
    7. Xidmətin həyata keçirilmə formaları
    • Proaktiv qaydada
    8. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
    • Elektron qaydada
    • Birbaşa (yerində)
    • Poçt vasitəsilə
    • Çağrı mərkəzi vasitəsilə
    9. Xidmətin həyata keçirilməsinin nəticəsi

    Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin tərbiyə edilməsinə görə aylıq sosial müavinət təyin olunur və ya təyin olunmasından imtina edilir

    10. Xidmət istifadəçisi barədə məlumat
    • Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları
    11. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları
    • Proaktiv qaydada
    • Xidmət haqqı: Ödənişsiz
    12. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
    • Xidmət proaktiv qaydada həyata keçirilir
    13. Xidmətin göstərilmə yeri
    • DOST mərkəzləri və filiallarının inzibati binası
    • Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi və Regional Filiallarının inzibati binası
    14. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
    • Hüquqi əsasın olmaması
    15. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

    Müavinətin təyinatı avtomatlaşdırılmış qaydada (hər hansı sənəd təqdim olunmadan) həyata keçirilir

    16. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
    • Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanılır
    • Uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminin məlumat bazasına daxil edilir
    • Müvafiq məlumatlar MEİS-in “Valideyn himayəsindən məhrum olmuş uşaqlar , himayədar ailə və övladlığagötürmə” və “Əlillik” altsistemlərindən MEİS-in “Sosial ödənişlər” altsisteminə inteqrasiya edilir
    • MEİS-in “Sosial ödənişlər” altsistemində müavinətin təyinatı proaktiv qaydada həyata keçirilir
    • Təyin edilmiş müavinət üzrə ödəniş Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir
    17. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar

    “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan 30 gün müddətində yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər

    18. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
    • “e-sosial” portalı
    • Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
    19. Xidmətin elektronlaşma səviyyəsi
    • Elektronlaşdırılıb
    20. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
    • Avtomatlaşdırılıb

    © 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi