"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi
Ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilir və ya təyin edilməsindən imtina edilir.
Müddət: Proaktiv qaydada dərhal, 10 (on) gün (pensiyanın təyin olunmasından imtina edildiyi halda 5 (beş) gün) müddətində
Xidmət haqqı: Ödənişsiz
Qeyd: Xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız üzərində təqdim edilir.
Digər hallarda:
"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci və 72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi