Asan Aç

Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalara, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi

1. Xidmətin adı
Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalara, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi
2. Xidmətin ID nömrəsi
05-01-01-05
3. Xidmətlər üzrə təsnifat
  • Əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu

2. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Çağrı mərkəzi
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsi ilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
  • Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • DSMF
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • gün
13. Xidmətin həyata keçirilməsi müddəti
10
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • gün
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
2
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
8
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
10
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • Şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)
  • Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər (əmək kitabçası, hərbi bilet, əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd və s.)
  • Atanın (qəyyum kişinin) 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı
  • Ananın ölüm haqqında şəhadətnaməsi və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarının surəti
  • Uşaqların doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surəti
  • Atanın növbəti nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı

Qeyd: MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.

22. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)
  1. "DOST" mərkəzinə müraciət edən şəxs pensiya istiqaməti üzrə növbə götürür.
  2. Növbəsinə uyğun olaraq pensiya istiqaməti üzrə müvafiq masaya yaxınlaşır.
  3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən (MEİS) elektron məlumatların əldə edilməsi mümkün olmadıqda, müraciət edən şəxs tələb olunan sənədləri sosial agentə təqdim edir.
  4. Sosial agent təqdim edilən sənədlərin tamlığını yoxlayır və şəxsin e-sosial.az portalındakı məlumatlarını nəzərdən keçirir.
  5. “Pensiya” altsistemi vasitəsilə müraciət edən şəxsin əmək pensiyaçısı olması barədə məlumatlar yoxlanılır.
  6. “Sosial ödənişlər” altsistemi vasitəsilə şəxsin sosial müavinət alması barədə məlumatlar yoxlanılır.
  7. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə şəxsin orqanizmin funksiyalarının pozulması faizinin olub-olmaması barədə məlumatlar yoxlanılır.
  8. e-sosial.az portalı vasitəsilə şəxsin fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı barədə məlumatlar yoxlanılır.
  9. “Əmək və Məşğulluq” altsistemi vasitəsilə şəxsin aktiv əmək müqaviləsi barədə məlumatlar yoxlanılır.
  10. “Sığorta” altsistemi vasitəsilə məcburi dövlət sosial sığorta ödəyicisi olub-olmadığı müəyyən edilir.
  11. MEİS-in müvafiq altsistemlərindən əldə edilmiş məlumatlar müraciətə əlavə edilir.
  12. Müvafiq qərarın qəbul edilməsi üçün müraciət sosial agent tərəfindən kargüzarlıq edilərək aidiyyəti üzrə Nazirliyin müvafiq struktur bölmələrinə göndərilir.
  13. Müraciət yekunlaşdırılır və müraciəti təsdiq edən bildiriş iki nüsxədə çap edilərək bir nüsxəsi şəxsə təqdim edilir.
  14. Xidmətin göstərilmə müddətinin bitməsinə ən azı bir iş günü qalmış müraciət edən şəxsin e-sosial.az portalındakı şəxsi kabinetinə qəbul edilən qərar barədə məlumat müvafiq struktur bölmə tərəfindən yerləşdirilir.
23. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
  • e-sosial.az
  • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
24. MEİS-in strukturuna daxil olan altsistemlər
  • “Sənəd dövriyyəsi” (ESDAS) altsistemi
  • “Sosial ödənişlər” altsistemi
  • “Əlillik” (TSERAS) altsistemi
  • “Pensiya” altsistemi
  • “Vətəndaşların qəbulu” altsistemi
  • "Əmək və Məşğulluq" altsistemi
25. Xidmətin elektronlaşdırlma dərəcəsi
  • Qismən
26. Xidmətin avtomatlaşdırılma dərəcəsi
  • Avtomatlaşdırılmayan

© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi