Beynəlxalq müqavilələr üzrə pensiyanın təyin edilməsi

1. Xidmətin adı
Beynəlxalq müqavilələr üzrə pensiyanın təyin edilməsi
2. Xidmətin məzmunu

Müqavilədə nəzərdə tutulan növlər və kateqoriyalar üzrə əmək pensiyasının təyin edilməsi

3. Xidmətin aid olduğu təsnifat
  • Əmək pensiyası
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Dövlət Sosial Müdafiə Fondu)
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
  • Müqavilələrdə nəzərdə tutulan Tərəflərin səlahiyyətli qurumları
5. Xidmətin hüquqi əsası
  • Pensiya təminatı ilə bağlı ikitərəfli beynəlxalq müqavilələr
  • “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə
  • “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”
6. Xidmətin həyata keçirilmə formaları
  • Xidmət yerinə şəxsən və ya nümayəndəsi gəlməklə
  • Konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə
  • Müqavilələrdə nəzərdə tutulan Tərəflərin səlahiyyətli qurumları vasitəsilə
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
  • Elektron qaydada
  • Birbaşa (yerində)
  • Poçt vasitəsilə
  • Çağrı mərkəzi vasitəsilə
  • SMS vasitəsilə
  • Müqavilədə nəzərdə tutulan digər Tərəf dövlətinin səlahiyyətli qurumu vasitəsilə
8. Xidmətin həyata keçirilməsinin nəticəsi

Beynəlxalq müqavilələr üzrə əmək pensiyası təyin edilir və ya təyin edilməsindən imtina edilir.

9. Xidmət istifadəçisi barədə məlumat
  • Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvləri
  • Müqavilənin əhatə etdiyi digər Tərəf dövlətin vətəndaşları və ailə üzvləri
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları

Müddət: 10 (on) gün (pensiyanın təyin olunmasından imtina edildiyi halda 5 (beş) gün) müddətində

 Xidmət haqqı: Ödənişsiz

11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
  • Elektron qaydada 7/24
  • Digər hallarda iş günlərində iş saatları ərzində
12. Xidmətin göstərilmə yeri
  • DOST mərkəzləri və filiallarının inzibati binası
  • Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi və Regional Filiallarının inzibati binası
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsasın olmaması
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti
  • Sığorta stajına dair sənədlərin (əmək kitabçası, diplom, hərbi bilet, əyani təhsil və ya hərbi xidmət barədə arayış və s)
  • Müqavilə üzrə tələb olunan digər sənədlər
  • Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənəd
  • Müraciət digər Tərəf dövlətin ərazisində həmin Tərəf dövlətinin səlahiyyətli qurumuna edildikdə digər Tərəf dövlətin səlahiyyətli qurumu tərəfindən doldurulmuş formulyar

Qeyd: Xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız üzərində təqdim edilir.

15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
  • Xidmət istifadəçiləri və ya onların nümayəndələri qeydiyyat üzrə Dövlət Sosial Müdafiə Fondunun regional filiallarına (qəbul şöbələrinə) və ya DOST mərkəzlərinə və filiallarına müraciət edərək müvafiq sənədləri təqdim edirlər.
  • Əməkdaş tərəfindən şəxsin və ya nümayəndəsinin təqdim etdiyi sənədlərin tamlığı yoxlanılır.
  • Sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, müraciətdə qeyd olunmuş əlaqə vasitələrindən birinə onun daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində həmin çatışmazlıqların aradan qaldırılması müddəti göstərilməklə bu barədə bildiriş göndərilir.
  • Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətdə qeyd olunmuş ünvana poçt vasitəsilə, yaxud Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) olan əlaqə vasitələrindən (elektron poçt ünvanı və ya sms vasitəsilə) birinə məlumat göndərilməsi şərtilə müraciət edən şəxsin əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə yenidən baxılır və hüququnun yarandığı tarixdən pensiya təyin edilməsi və yaxud pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul edilir.
  • Müraciət digər Tərəf dövlətin ərazisində həmin Tərəf dövlətinin səlahiyyətli qurumuna edildikdə pensiya təyinatı digər Tərəf dövlətin səlahiyyətli qurumu tərəfindən doldurulmuş formulyar əsasında aparılır.
16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar

"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci və 72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
  • “e-sosial” portalı
  • “Elektron hökumət” portalı
  • Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
18. Xidmətin elektronlaşma səviyyəsi
  • Elektronlaşdırılmayıb
19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
  • Avtomatlaşdırılmayıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi