Əlilliyə görə əmək pensiyasının təyin edilməsi

1. Xidmətin adı
Əlilliyə görə əmək pensiyasının təyin edilməsi
2. Xidmətin məzmunu

Orqanizmin funksiyalarının 31-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyasının təyin edilməsi

3. Xidmətin aid olduğu təsnifat
  • Əmək pensiyası
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Dövlət Sosial Müdafiə Fondu)
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
5. Xidmətin hüquqi əsası
  • “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”
  • “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası
6. Xidmətin həyata keçirilmə formaları
  • Xidmət yerinə şəxsən və ya nümayəndəsi gəlməklə
  • Elektron qaydada
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
  • Elektron qaydada
  • Birbaşa (yerində)
  • Poçt vasitəsilə
  • Çağrı mərkəzi vasitəsilə
  • SMS vasitəsilə
8. Xidmətin həyata keçirilməsinin nəticəsi

Əmək pensiyası təyin edilir və təyin edilməsindən imtina edilir.

9. Xidmət istifadəçisi barədə məlumat
  • Azərbaycan Respublikası vətəndaşları
  • Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları

Proaktiv Proaktiv qaydada dərhal, digər hallarda 10 (on) gün (pensiyanın təyin olunmasından imtina edildiyi halda 5 (beş) gün) müddətində

Xidmət haqqı: Ödənişsiz

11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
  • Elektron qaydada 7/24
  • İş günlərində iş saatları ərzində
12. Xidmətin göstərilmə yeri
  • DOST mərkəzləri və filiallarının inzibati binası
  • Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi və Regional Filiallarının inzibati binası
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsasın olmaması
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
  • Əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)
  • Şəxsin əlilliyini müəyyən edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış
  • Sığorta stajına dair sənədlərin (əmək kitabçası, diplom, hərbi bilet, əyani təhsil və ya hərbi xidmət barədə arayış və ) surəti
  • Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənəd

Qeyd: Xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız daşıyıcıda təqdim edilir.

15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
  • Əməkdaş tərəfindən şəxsin və ya nümayəndəsinin təqdim etdiyi sənədlərin tamlığı yoxlanılır
  • Sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, müraciətdə qeyd olunmuş əlaqə vasitələrindən birinə onun daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində həmin çatışmazlıqların aradan qaldırılması müddəti göstərilməklə bu barədə bildiriş göndərilir.
  • Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətdə qeyd olunmuş ünvana poçt vasitəsilə, yaxud Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS-də) olan əlaqə vasitələrindən (elektron poçt ünvanı və ya sms vasitəsilə) birinə məlumat göndərilməsi şərtilə müraciət edən şəxsin əmək pensiyasının təyin edilməsi, ilə bağlı müraciətinə yenidən baxılır və hüququnun yarandığı tarixdən pensiya təyin edilməsi və yaxud pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul edilir.
16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
  • Əməkdaş tərəfindən şəxsin və ya nümayəndəsinin təqdim etdiyi sənədlərin tamlığı yoxlanılır
  • Sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, müraciətdə qeyd olunmuş əlaqə vasitələrindən birinə onun daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində həmin çatışmazlıqların aradan qaldırılması müddəti göstərilməklə bu barədə bildiriş göndərilir.
  • Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətdə qeyd olunmuş ünvana poçt vasitəsilə, yaxud Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS-də) olan əlaqə vasitələrindən (elektron poçt ünvanı və ya sms vasitəsilə) birinə məlumat göndərilməsi şərtilə müraciət edən şəxsin əmək pensiyasının təyin edilməsi, ilə bağlı müraciətinə yenidən baxılır və hüququnun yarandığı tarixdən pensiya təyin edilməsi və yaxud pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul edilir
17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
  • “e-sosial” portalı
  • “Elektron hökumət” portalı
  • Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
18. Xidmətin elektronlaşma səviyyəsi
  • Qismən elektronlaşdırılıb
19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
  • Qismən avtomatlaşdırılıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi