Asan Aç

Azadlıqdan məhrum olunmuş vətəndaşlara əmək pensiyasının təyin edilməsi

1. Xidmətin adı
Azadlıqdan məhrum olunmuş vətəndaşlara əmək pensiyasının təyin edilməsi
2. Xidmətin ID nömrəsi
05-01-04-01
3. Xidmətlər üzrə təsnifat
  • Əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu

2. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı

 

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Qanuni nümayəndə vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Çağrı mərkəzi
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Qanuni nümayəndə vasitəsi ilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Proaktiv formada
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
  • Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • DSMF
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • gün
13. Xidmətin həyata keçirilməsi müddəti
10
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • gün
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
2
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
8
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
10
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin daimi yaşamaq barədə vəsiqəsi
  • Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər (əmək kitabçası, hərbi bilet və ya SHXÇDX-dən arayış, əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd və s.)

Qeyd: MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.

22. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)
  1. "DOST" mərkəzinə müraciət edən cəzaçəkmə müəssisəsinin rəsmi qaydada təyin edilmiş nümayəndəsi pensiya istiqaməti üzrə növbə götürür.
  2. Növbəsinə uyğun olaraq pensiya istiqaməti üzrə müvafiq masaya yaxınlaşır.
  3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən (MEİS) elektron məlumatların əldə edilməsi mümkün olmadıqda, müraciət edən şəxs tələb olunan sənədləri sosial agentə təqdim edir.
  4. Sosial agent təqdim edilən sənədlərin tamlığını yoxlayır və azadlıqdan məhrum olunmuş şəxsin e-sosial.az portalındakı məlumatlarını nəzərdən keçirir.
  5. “Pensiya” altsistemi vasitəsilə azadlıqdan məhrum olunmuş şəxsin əmək pensiyaçısı olması barədə məlumatlar yoxlanılır.
  6. “Sosial ödənişlər” altsistemi vasitəsilə azadlıqdan məhrum olunmuş şəxsin sosial müavinət alması barədə məlumatlar yoxlanılır.
  7. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə azadlıqdan məhrum olunmuş şəxsin əlillik dərəcəsinin olub-olmaması barədə məlumatlar yoxlanılır.
  8. e-sosial.az portalı vasitəsilə azadlıqdan məhrum olunmuş şəxsin fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı barədə məlumatlar yoxlanılır.
  9. “Əmək və Məşğulluq” altsistemi vasitəsilə azadlıqdan məhrum olunmuş şəxsin aktiv əmək müqaviləsi barədə məlumatlar yoxlanılır.
  10. “Sığorta” altsistemi vasitəsilə azadlıqdan məhrum olunmuş şəxsin məcburi dövlət sosial sığorta ödəyicisi olub-olmadığı müəyyən edilir.
  11. MEİS-in müvafiq altsistemlərindən əldə edilmiş məlumatlar müraciətə əlavə edilir.
  12. Müvafiq qərarın qəbul edilməsi üçün müraciət sosial agent tərəfindən kargüzarlıq edilərək aidiyyəti üzrə Nazirliyin müvafiq struktur bölmələrinə göndərilir.
  13. Müraciət yekunlaşdırılır və müraciəti təsdiq edən bildiriş iki nüsxədə çap edilərək bir nüsxəsi müraciət edən şəxsə təqdim edilir.
  14. Xidmətin göstərilmə müddətinin bitməsinə ən azı bir iş günü qalmış azadlıqdan məhrum olunmuş şəxsin e-sosial.az portalındakı şəxsi kabinetinə qəbul edilən qərar barədə məlumat müvafiq struktur bölmə tərəfindən yerləşdirilir.
23. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
  • e-sosial.az
  • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
24. MEİS-in strukturuna daxil olan altsistemlər
  • “Sənəd dövriyyəsi” (ESDAS) altsistemi
  • “Sosial ödənişlər” altsistemi
  • “Əlillik” (TSERAS) altsistemi
  • “Sığorta” altsistemi
  • “Pensiya” altsistemi
  • “Vətəndaşların qəbulu” altsistemi
  • "Əmək və Məşğulluq" altsistemi
25. Xidmətin elektronlaşdırlma dərəcəsi
  • Qismən
26. Xidmətin avtomatlaşdırılma dərəcəsi
  • Avtomatlaşdırılmayan

© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi