Əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və ya yenidən hesablanması

1. Xidmətin adı
Əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və ya yenidən hesablanması
2. Xidmətin məzmunu
  • Əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və ödənişinin davam etdirilməsi
  • Əvvəllər təyin edilmiş bütün növ əmək pensiyalarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə rurulan hallarda yenidən hesablanması
3. Xidmətin aid olduğu təsnifat
  • Əmək pensiyası
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Dövlət Sosial Müdafiə Fondu)
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
5. Xidmətin hüquqi əsası
  • “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”
  • “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı
  • “Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş " Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”
6. Xidmətin həyata keçirilmə formaları
  • Xidmət yerinə şəxsən və ya nümayəndəsi gəlməklə
  • Elektron qaydada
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
  • Elektron qaydada
  • Birbaşa (yerində)
  • Poçt vasitəsilə
  • Çağrı mərkəzi vasitəsilə
  • SMS vasitəsilə
8. Xidmətin həyata keçirilməsinin nəticəsi
  • Əvvəllər təyin edilmiş əmək pensiyası bərpa edilir və ya bərpa edilməsindən imtina edilir.
  • Əmək pensiyası yenidən hesablanılır və ya yenidən hesablanmasından imtina edilir.
9. Xidmət istifadəçisi barədə məlumat
  • Azərbaycan Respublikası vətəndaşları
  • Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları

Müddət: 10 (on) gün (pensiyanın yenidən hesablanmasından imtina edildiyi halda 5 (beş) gün) müddətində

Xidmət haqqı: Ödənişsiz

11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
  • Elektron qaydada 7/24
  • İş günlərində iş saatları ərzində
12. Xidmətin göstərilmə yeri
  • DOST mərkəzləri və filiallarının inzibati binası
  • Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi və Regional Filiallarının inzibati binası
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsasın olmaması
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
  • Şəxsiyyəti təsdiq edən sənədin (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin) surəti
  • Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənəd
  • Əmək pensiyasının ödənişinin dayandırılmasına səbəb olmuş halın aradan qalxmasına dair müvafiq sənəd (məlumat) (əmək pensiyasının bərpa edilməsinə münasibətdə)
  • Sığorta stajına dair sənədlərin (əmək kitabçası, diplom, hərbi bilet, əyani təhsil və ya hərbi xidmət barədə arayış və s) surəti (əmək pensiyasının yenidən hesablanmasına münasibətdə)

Qeyd: Xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız üzərində təqdim edilir.

15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

Əmək pensiyasının bərpa edilməsinə münasibətdə

  • Əməkdaş tərəfindən əmək pensiyasının dayandırılmasına səbəb olan hallar araşdırılır.
  • Araşdırmanın nəticəsində müvafiq qərar qəbul edilir.

Əmək pensiyasının yenidən hesablanmasına münasibətdə

  • Əməkdaş tərəfindən şəxsin və ya nümayəndəsinin təqdim etdiyi sənədlərin tamlığı yoxlanılır.
  • Əmək pensiyasının yenidən hesablanması üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, müraciətdə qeyd olunmuş əlaqə vasitələrindən birinə onun daxil olduğu tarixdən 5 (beş) iş günü müddətində müəyyən edilmiş formada həmin çatışmazlıqların aradan qaldırılması müddəti göstərilməklə bu barədə bildiriş göndərilir. Bu zaman pensiyanın təyin edilməsi ilə bağlı müddət axımı dayanır.
  • Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətdə qeyd olunmuş ünvana poçt vasitəsilə, yaxud Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS-də) olan əlaqə vasitələrindən (elektron poçt ünvanı və ya sms vasitəsilə) birinə məlumat göndərilməsi şərtilə müraciət edən şəxsin əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətinə yenidən baxılır, hüququnun yarandığı tarixdən pensiya təyin edilir.
16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar

"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci və 72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.

17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
  • “e-sosial” portalı
  • “Elektron hökumət” portalı
  • Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
18. Xidmətin elektronlaşma səviyyəsi
  • Qismən elektronlaşdırılıb
19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
  • Qismən avtomatlaşdırılıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi