Asan Aç

Uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi

1. Xidmətin adı
Uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsi
2. Xidmətin ID nömrəsi
05-02-01-01
3. Xidmətlər üzrə təsnifat
  • Əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu

2. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu

3. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Çağrı mərkəzi
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsi ilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Proaktiv formada
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
  • Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • DSMF
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • gün
13. Xidmətin həyata keçirilməsi müddəti
10
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • gün
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
2
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
8
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
10
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • Valideynlərin hər ikisinin şəxsiyyət vəsiqəsi, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin daimi yaşamaq üçün icazə vəsiqəsi
  • Uşağın doğum haqqında şəhadətnaməsi
  • Uşağın doğum haqqında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı

Qeyd: MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.

22. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)
  1. "DOST" mərkəzinə müraciət edən şəxs sosial müavinətlər istiqaməti üzrə növbə götürür.
  2. Növbəsinə uyğun olaraq sosial müavinətlər istiqaməti üzrə müvafiq masaya yaxınlaşır.
  3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən (MEİS) elektron məlumatların əldə edilməsi mümkün olmadıqda, müraciət edən şəxs tələb olunan sənədləri sosial agentə təqdim edir.
  4. Sosial agent təqdim edilən sənədlərin tamlığını yoxlayır və şəxsin e-sosial.az portalındakı məlumatları nəzərdən keçirir.
  5. “Sosial ödənişlər” altsistemi vasitəsi ilə əvvəllər həmin uşağa görə birdəfəlik müavinətin alınması barədə məlumatlar yoxlanılır.
  6. “Əmək və Məşğulluq” altsistemi vasitəsilə şəxsin aktiv əmək müqaviləsi barədə məlumatlar yoxlanılır.
  7. “Sığorta” altsistemi vasitəsilə şəxsin məcburi dövlət sosial sığorta ödəyicisi olub-olmadığı müəyyən edilir.
  8. Valideynlərdən hər hansı birinin işlədiyi müəyyən edildiyi təqdirdə müraciət edən şəxsə müavinətin alınması üçün işlədiyi müəssisəyə müraciət etməsi barədə məlumat verilir.
  9. Şəxsin aktiv məcburi dövlət sosial sığorta ödəyicisi olduğu aşkar edildiyi təqdirdə, sosial agent tərəfindən müvafiq məlumatlar daxil edilməklə elektron qaydada müraciət etməsinə köməklik göstərilir.
  10. MEİS-in müvafiq altsistemlərindən əldə edilmiş məlumatlar müraciətə əlavə edilir.
  11. Müvafiq qərarın qəbul edilməsi üçün müraciət sosial agent tərəfindən kargüzarlıq edilərək aidiyyəti üzrə Nazirliyin müvafiq struktur bölmələrinə göndərilir.
  12. Müraciət yekunlaşdırılır və müraciəti təsdiq edən bildiriş iki nüsxədə çap edilərək bir nüsxəsi müraciət edən şəxsə təqdim edilir.
  13. Xidmətin göstərilmə müddətinin bitməsinə ən azı bir iş günü qalmış müraciət edən şəxsin e-sosial.az portalındakı şəxsi kabinetinə qəbul edilən qərar barədə məlumat müvafiq struktur bölmə tərəfindən yerləşdirilir.

 

Qeyd : 01.01.2021-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün valideynlərin hər ikisi işlədiyi təqdirdə belə təyinat proaktiv qaydada aparılır.

23. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
  • e-sosial.az
  • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
24. MEİS-in strukturuna daxil olan altsistemlər
  • “Sənəd dövriyyəsi” (ESDAS) altsistemi
  • “Sosial ödənişlər” altsistemi
  • “Sığorta” altsistemi
  • “Vətəndaşların qəbulu” altsistemi
  • "Əmək və Məşğulluq" altsistemi
25. Xidmətin elektronlaşdırlma dərəcəsi
  • Tam
26. Xidmətin avtomatlaşdırılma dərəcəsi
  • Tam

© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi