Asan Aç

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinətin təyin edilməsi

1. Xidmətin adı
Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinətin təyin edilməsi
2. Xidmətin ID nömrəsi
05-02-01-03
3. Xidmətlər üzrə təsnifat
  • Əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Çağrı mərkəzi
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsi ilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Proaktiv formada
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
  • Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • DSMF
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • gün
13. Xidmətin həyata keçirilməsi müddəti
10
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • gün
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
2
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
8
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
10
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • Şəxsiyyət vəsiqəsi, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin daimi yaşamaq üçün icazı vəsiqəsi
  • Şəxsin radiasiya qəzası ilə əlaqədar əlilliyinin müəyyən edilməsi barədə TSEK-in qərarı
  • Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində əlilliyini təsdiq edən TSEK-in qərarı
  • Çernobıl AES qəzasının ləğvində iştirak etmiş şəxslərin qəzadan sonra doğulmuş uşaqlarının 18 yaşınadək əlilliyinin müəyyən edilməsinin qəza ilə əlaqədar olmasına dair Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert Şurasının rəyi

Qeyd: MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.

22. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)
  1. "DOST" mərkəzinə müraciət edən şəxs sosial müavinətlər istiqaməti üzrə növbə götürür.
  2. Növbəsinə uyğun olaraq sosial müavinətlər istiqaməti üzrə müvafiq masaya yaxınlaşır.
  3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən (MEİS) elektron məlumatların əldə edilməsi mümkün olmadıqda, müraciət edən şəxs tələb olunan sənədləri sosial agentə təqdim edir.
  4. Sosial agent tərəfindən “Sosial ödənişlər” altsistemi vasitəsi ilə həmin ildə radiasiya qəzası nəticəsində əlil olmuş şəxsin və ya Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlarına birdəfəlik müavinətin ödənilib-ödənilmədiyi yoxlanılır.
  5. Sosial agent təqdim edilən sənədlərin tamlığını yoxlayır və şəxsin e-sosial.az portalındakı məlumatları nəzərdən keçirir.
  6. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə müraciət edən şəxsin radiasiya, o cümlədən Çernobıl AES qəzasının ləğvində iştirak etməsi və həmin qəzadan zərər çəkməsi və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağının əlilliyinin hansı səbəbdən baş verməsi yoxlanılır.
  7. MEİS-in müvafiq altsistemlərindən əldə edilmiş məlumatlar müraciətə əlavə edilir.
  8. Müvafiq qərarın qəbul edilməsi üçün müraciət sosial agent tərəfindən kargüzarlıq edilərək aidiyyəti üzrə Nazirliyin müvafiq struktur bölmələrinə göndərilir.
  9. Müraciət yekunlaşdırılır və müraciəti təsdiq edən bildiriş iki nüsxədə çap edilərək bir nüsxəsi müraciət edən şəxsə təqdim edilir.
  10. Xidmətin göstərilmə müddətinin bitməsinə ən azı bir iş günü qalmış müraciət edən şəxsin e-sosial.az portalındakı şəxsi kabinetinə qəbul edilən qərar barədə məlumat müvafiq struktur bölmə tərəfindən yerləşdirilir.
23. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
  • e-sosial.az
  • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
24. MEİS-in strukturuna daxil olan altsistemlər
  • “Sənəd dövriyyəsi” (ESDAS) altsistemi
  • “Sosial ödənişlər” altsistemi
  • “Əlillik” (TSERAS) altsistemi
  • “Vətəndaşların qəbulu” altsistemi
25. Xidmətin elektronlaşdırlma dərəcəsi
  • Tam
26. Xidmətin avtomatlaşdırılma dərəcəsi
  • Qismən

© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi