Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik sosial müavinətin təyin edilməsi

1. Xidmətin adı
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik sosial müavinətin təyin edilməsi
2. Xidmətin məzmunu

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olan və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədi ilə verilən birdəfəlik müavinət

3. Xidmətin aid olduğu təsnifat
  • Sosial müavinət
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Dövlət Sosial Müdafiə Fondu)
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
5. Xidmətin hüquqi əsası
  • “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”
  • “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"
6. Xidmətin həyata keçirilmə formaları
  • Xidmət yerinə şəxsən və ya nümayəndəsi gəlməklə
  • Poçt vasitəsilə
  • Elektron qaydada
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
  • Elektron qaydada
  • Birbaşa (yerində)
  • Poçt vasitəsilə
  • Çağrı mərkəzi vasitəsilə
8. Xidmətin həyata keçirilməsinin nəticəsi

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik sosial müavinət təyin olunur və ya təyin olunmasından imtina edilir

9. Xidmət istifadəçisi barədə məlumat
  • Azərbaycan Respublikası vətəndaşları
  • Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları
  • Müddət: 10 (on) gün (müavinətin təyin olunmasından imtina edildiyi halda 5 (beş) gün) müddətində
  • Xidmət haqqı: Ödənişsiz
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
  • İş günlərində iş saatları ərzində
12. Xidmətin göstərilmə yeri
  • DOST mərkəzləri və filiallarının inzibati binası
  • Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi və Regional Filiallarının inzibati binası
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsasın olmaması
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Xidmət proaktiv göstərildiyi üçün hər hansı bir sənəd təqdim edilməsi tələb olunmur

15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

Proaktiv qaydada təyin edilmiş müavinət üzrə ödəniş Dövlət Sosial Müdafiə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir

16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
  • “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan 30 gün müddətində yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər
17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
  • “e-sosial” portalı
18. Xidmətin elektronlaşma səviyyəsi
  • Elektronlaşdırılıb
19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
  • Avtomatlaşdırılıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi