Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik sosial müavinətin təyin edilməsi

1. Xidmətin adı
Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik sosial müavinətin təyin edilməsi
2. Xidmətin məzmunu

Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına birdəfəlik sosial müavinətin təyin edilməsi

3. Xidmətin aid olduğu təsnifat
  • Sosial müavinət
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Dövlət Sosial Müdafiə Fondu)
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
5. Xidmətin hüquqi əsası
  • “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.2.5-ci, 7.0.15-ci, 9.6-cı, 10.2-2-ci maddələri
  • “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsi
  • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndi, 2.1.1-1-ci, 3.1.57-1-ci, 3.1.57-7-ci və 3.1.57-9-cu yarımbəndləri
  • “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının 1.2.5-ci yarımbəndi
  • Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 5.2.1-ci yarımbəndinin 6-cı abzası
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 1.1-ci bəndi, 2.1.4-cü, 3.1.14-cü, 3.1.17-ci və 3.1.18-ci yarımbəndləri
  • “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanın 1-ci hissəsi
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”
6. Xidmətin həyata keçirilmə formaları
  • Proaktiv qaydada
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
  • Elektron qaydada
  • Birbaşa (yerində)
  • Poçt vasitəsilə
  • Çağrı mərkəzi vasitəsilə
8. Xidmətin həyata keçirilməsinin nəticəsi

Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik sosial müavinət təyin olunur və ya təyin olunmasından imtina edilir

9. Xidmət istifadəçisi barədə məlumat
  • Azərbaycan Respublikası vətəndaşları
  • Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları
  • Proaktiv qaydada
  • Xidmət haqqı: Ödənişsiz
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
  • Xidmət proaktiv qaydada həyata keçirilir
12. Xidmətin göstərilmə yeri
  • DOST mərkəzləri və filiallarının inzibati binası
  • Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi və Regional Filiallarının inzibati binası
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
  • Hüquqi əsasın olmaması
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Müavinətin təyinatı avtomatlaşdırılmış qaydada (hər hansı sənəd təqdim olunmadan) həyata keçirilir

15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
  • Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanılır
  • Uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminin məlumat bazasına daxil edilir
  • Müvafiq məlumatlar MEİS-in “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemindən MEİS-in “Sosial ödənişlər” altsisteminə inteqrasiya edilir
  • MEİS-in “Sosial ödənişlər” altsistemində müavinətin təyinatı proaktiv qaydada həyata keçirilir
  • Təyin edilmiş müavinət üzrə ödəniş Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir
16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
  • “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan 30 gün müddətində yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər
17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
  • “e-sosial” portalı
  • Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
18. Xidmətin elektronlaşma səviyyəsi
  • Elektronlaşdırılıb
19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
  • Avtomatlaşdırılıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi