“Ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyə görə aylıq sosial müavinətin təyin edilməsi

1. Xidmətin adı
“Ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyə görə aylıq sosial müavinətin təyin edilməsi
2. Xidmətin məzmunu
  • “Ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi müəyyən olunmuş və əmək pensiyası almaq hüququ olmayan şəxslərə sosial yardım göstərilməsi məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına aylıq sosial müavinətin təyin edilməsi
3. Xidmətin aid olduğu təsnifat
  • Sosial müavinət
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Dövlət Sosial Müdafiə Fondu)
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
5. Xidmətin hüquqi əsası

1. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu

3.  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

4.  “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı

5.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”

6.  Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”

7. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı

8.  Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”

6. Xidmətin həyata keçirilmə formaları
  • Xidmət yerinə şəxsən və ya nümayəndəsi gəlməklə
  • Poçt vasitəsilə
  • Elektron qaydada
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
  • Elektron qaydada
  • Birbaşa (yerində)
  • Poçt vasitəsilə
  • Çağrı mərkəzi vasitəsilə
  • SMS vasitəsilə
8. Xidmətin həyata keçirilməsinin nəticəsi
  • “Ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyə görə aylıq sosial müavinət təyin olunur və ya təyin olunmasından imtina edilir
9. Xidmət istifadəçisi barədə məlumat
  • Azərbaycan Respublikası vətəndaşları
  • Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları
  • Müddət: 10 (on) gün (müavinətin təyin olunmasından imtina edildiyi halda 5 (beş) gün)  müddətində
  • Xidmət haqqı: Ödənişsiz
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
  • Elektron qaydada 7/24
  • Digər hallarda iş günlərində iş saatları ərzində
12. Xidmətin göstərilmə yeri
  • DOST mərkəzləri və filiallarının inzibati binası
  • Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi və Regional Filiallarının inzibati binası
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsasın olmaması
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
  • Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)
  • Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənəd
  • Xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız üzərində təqdim edilir.
15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar

Proaktiv təyinat:

  • Dövlət tibb müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əlillik” altsistemi vasitəsilə şəxsin əlilliyi müəyyən edilir.
  • MEİS-in “Pensiya” altsistemi vasitəsilə şəxsin əmək pensiyası almaq hüququ yoxlanılır.
  • Müvafiq məlumatlar MEİS-in “Əlillik” və “Pensiya” altsistemlərindən MEİS-in “Sosial ödənişlər” altsisteminə inteqrasiya olunur
  • Əmək pensiyası almaq hüququ olmayan şəxslərə MEİS-in “Sosial ödənişlər” altsistemində əlilliyə görə aylıq sosial müavinət təyinatı proaktiv qaydada həyata keçirilir

Müraciət əsasında təyinat:

  • Xidmət istifadəçiləri və ya onların nümayəndələri qeydiyyat üzrə Dövlət Sosial Müdafiə Fondunun regional filiallarına (qəbul şöbələrinə) və ya DOST mərkəzlərinə və filiallarına müraciət edərək müvafiq sənədi təqdim edirlər
  • Qəbul edilmiş sənədlər ərizə ilə birlikdə baxılması üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilir
  • Təqdim olunmuş sənədlərə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılır, müavinətin təyin edilməsi üçün hüquq yarandıqda qərar qəbul edilərək Nazirliyin MEİS-in “Sosial ödənişlər” altsistemində təyinat aparılır, əks halda imtina edilir
  • Təyin edilmiş müavinət üzrə ödəniş Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir
16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
  • “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan 30 gün müddətində yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər
17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
  • “e-sosial” portalı
18. Xidmətin elektronlaşma səviyyəsi
  • Elektronlaşdırılıb
19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
  • Avtomatlaşdırılıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi