15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
Proaktiv təyinat:
- Müvafiq orqanlar tərəfindən şəxsin “Milli Qəhrəman” olması və ailə üzvləri barədə məlumat Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Zəfər” altsisteminə daxil edilir
- MEİS-in “Zəfər” altsistemində olan məlumatlar MEİS-in “Sosial ödənişlər” altsisteminə inteqrasiya edilir
- “Sosial ödənişlər” altsistemi vasitəsilə şəxsə təqaüd təyinatı proaktiv qaydada həyata keçirilir
Müraciət əsasında təyinat:
- Xidmət istifadəçiləri və ya onların nümayəndələri qeydiyyat üzrə Dövlət Sosial Müdafiə Fondunun regional filiallarına (qəbul şöbələrinə) və ya DOST mərkəzlərinə və filiallarına müraciət edərək müvafiq sənədləri təqdim edirlər
- Qəbul edilmiş sənədlər ərizə ilə birlikdə baxılması üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilir
- Təqdim olunmuş sənədlərə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılır, təqaüdün təyin edilməsi üçün hüquq yarandıqda qərar qəbul edilərək MEİS-in “Sosial ödənişlər” altsistemində təyinat aparılır, əks halda imtina edilir