Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
1. Xidmətin adı
Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
2. Xidmətin məzmunu
Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına aylıq təqaüdün təyin edilməsi
3. Xidmətin aid olduğu təsnifat
Azərbaycan Respublikası Prezidentinin təqaüdü
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Dövlət Sosial Müdafiə Fondu)
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
5. Xidmətin hüquqi əsası
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
“Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanı
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"
6. Xidmətin həyata keçirilmə formaları
Xidmət yerinə şəxsən və ya nümayəndəsi gəlməklə
Poçt vasitəsilə
Elektron qaydada
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
Elektron qaydada
Birbaşa (yerində)
Poçt vasitəsilə
Çağrı mərkəzi vasitəsilə
8. Xidmətin həyata keçirilməsinin nəticəsi
Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunur və ya təyin olunmasından imtina edilir
9. Xidmət istifadəçisi barədə məlumat
Azərbaycan Respublikası vətəndaşları
Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları
Müddət: 10 (on) gün müddətində
Xidmət haqqı: Ödənişsiz
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
İş günlərində iş saatları ərzində
12. Xidmətin göstərilmə yeri
DOST mərkəzləri və filiallarının inzibati binası
Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi və Regional Filiallarının inzibati binası
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
Sənədlərin natamamlığı
Hüquqi əsasın olmaması
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
Şəxsiyyəti təsdiq edən sənədin surəti
Əmək kitabçasının surəti
Fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri barədə diplomların surəti
Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənəd
Xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız üzərində təqdim edilir.
15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
Xidmət istifadəçiləri və ya onların nümayəndələri qeydiyyat üzrə Dövlət Sosial Müdafiə Fondunun regional filiallarına (qəbul şöbələrinə) və ya DOST mərkəzlərinə və filiallarına müraciət edərək müvafiq sənədləri təqdim edirlər
Qəbul edilmiş sənədlər ərizə ilə birlikdə baxılması üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilir
Təqdim olunmuş sənədlərə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılır, təqaüdün təyin edilməsi üçün hüquq yarandıqda qərar qəbul edilərək Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS)“Sosial ödənişlər” altsistemində təyinat aparılır, əks halda imtina edilir
16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan 30 gün müddətində yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər
17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
“e-sosial” portalı
Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi