Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
1. Xidmətin adı
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
2. Xidmətin ID nömrəsi
07-09-00-00
3. Xidmətlər üzrə təsnifat
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi
4. Xidməti həyata keçirən struktur bölmənin adı
"DOST" mərkəzi
Regional "DOST" mərkəzi
"DOST" filialı
5. Xidmətin hüquqi əsası
“Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”.
6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
Şəxsən
Qanuni nümayəndə vasitəsilə
Özünəxidmət (elektron sistemlər) vasitəsilə
Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
"DOST" mərkəzləri
Çağrı mərkəzi
Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
Şəxsən
Qanuni nümayəndə vasitəsi ilə
Çağrı mərkəzi vasitəsilə
Proaktiv formada
Özünəxidmət (elektron sistemlər) vasitəsilə
Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
Sənədlərin natamamlığı
Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
Əhali: Azərbaycan Respublikasının vətəndaşları
Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
DSMF
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
gün
13. Xidmətin həyata keçirilməsi müddəti
10
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
gün
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
2
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
8
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
10
19. Xidmət haqqı
Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
"DOST" mərkəzi
Regional "DOST" mərkəzi
"DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
Şəxsiyyəti təsdiq edən sənəd
Əlillik barədə tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış
Qeyd: MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.
22. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)
"DOST" mərkəzinə müraciət edən şəxs sosial müavinətlər istiqaməti üzrə növbə götürür.
Növbəsinə uyğun olaraq sosial müavinətlər istiqaməti üzrə müvafiq masaya yaxınlaşır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən (MEİS) elektron məlumatların əldə edilməsi mümkün olmadıqda, müraciət edən şəxs tələb olunan sənədləri sosial agentə təqdim edir.
Sosial agent təqdim edilən sənədlərin tamlığını yoxlayır və şəxsin e-sosial.az portalındakı məlumatları nəzərdən keçirir.
“Sosial ödənişlər” altsistemi vasitəsilə müraciət edən şəxsin təqaüd alıb-almaması yoxlanılır.
“Əlillik” (TSERAS) altsistemi vasitəsilə müraciət edən şəxsin əlilliyi barədə məlumatlar yoxlanılır.
MEİS-in müvafiq altsistemlərindən əldə edilmiş məlumatlar müraciətə əlavə edilir.
Müvafiq qərarın qəbul edilməsi üçün müraciət sosial agent tərəfindən kargüzarlıq edilərək aidiyyəti üzrə Nazirliyin müvafiq struktur bölmələrinə göndərilir.
Müraciət yekunlaşdırılır və iki nüsxədə çap edilmiş müraciəti təsdiq edən bildirişin bir nüsxəsi müraciət edən şəxsə təqdim edilir.
Xidmətin göstərilmə müddətinin bitməsinə ən az bir iş günü qalmış müraciət edən şəxsin e-sosial.az portalındakı şəxsi kabinetinə qəbul edilən qərar barədə məlumat müvafiq struktur bölmə tərəfindən yerləşdirilir.
23. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
e-sosial.az
MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)