15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
Proaktiv təyinat:
- Dövlət tibb müəssisələrinin göndərişləri əsasında Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əlillik” altsistemi vasitəsilə şəxsin əlilliyi müəyyən edilir.
- Müvafiq məlumatlar MEİS-in “Əlillik” altsistemindən MEİS-in “Sosial ödənişlər” altsisteminə inteqrasiya olunur
- MEİS-in “Sosial ödənişlər” altsistemində təqaüd təyinatı proaktiv qaydada həyata keçirilir
Müraciət əsasında təyinat:
- Xidmət istifadəçiləri və ya onların nümayəndələri qeydiyyat üzrə Dövlət Sosial Müdafiə Fondunun regional filiallarına (qəbul şöbələrinə) və ya DOST mərkəzlərinə və filiallarına müraciət edərək müvafiq sənədi təqdim edirlər
- Qəbul edilmiş sənəd ərizə ilə birlikdə baxılması üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilir
- Təqdim olunmuş sənədlərə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılır, təqaüdün təyin edilməsi üçün hüquq yarandıqda qərar qəbul edilərək “MEİS-in Sosial ödənişlər” altsistemində təyinat aparılır, əks halda imtina edilir