14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
- hərbi qulluqçulara münasibətdə:
- Şəxsiyyət vəsiqəsi
- Vərəsəlik hüququ haqqında şəhadətnamə (həlak olması halında)
- Sığortaolunanın ölüm haqqında şəhadətnaməsi (həlak olması halında)
- Tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi (xəsarət və ya xəstəlik nəticəsində 3 il müddətində ölüm halında)
- Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (xəbərsiz itkin düşmə və məhkəmə qərarı ilə ölmüş elan edilmə halında)
- Hərbi-həkim komissiyasının qərarı (əlillik halında)
- Şəxsin əlilliyini təsdiq edən sənəd (əlillik halında)
- Xəsarətin dərəcəsi və səbəbi barədə hərbi-həkim komissiyasının qərarı (ağır, az ağır və yaxud yüngül dərəcəli xəsarət alması halında)
- Sığortaolunan hərbi xidmətdə (toplanışda) xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə, həkim komissiyasının rəyi
- məhkəmə və hüquq mühafizə işçilərinə münasibətdə:
- Şəxsiyyət vəsiqəsi
- Vərəsəlik hüququ haqqında şəhadətnamə (həlak olması halında)
- Sığortaolunanın ölümü haqqında şəhadətnamə (həlak olması halında)
- Hadisənin sığortaolunanın xidməti vəzifərinin icrası ilə əlaqədar olması barədə rəy
- Tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi (xəsarət və ya xəstəlik nəticəsində 3 il müddətində ölüm və ağır, az ağır və yaxud yüngül dərəcəli xəsarət alması hallarında)
- Şəxsin əlilliyini təsdiq edən sənəd (əlillik halında)
- Milli Məclisin deputatına münasibətdə:
- Şəxsiyyət vəsiqəsi
- Vərəsəlik hüququ haqqında şəhadətnamə (həlak olması halında)
- Sığortaolunanın ölümü haqqında şəhadətnamə (həlak olması halında)
- Tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi (xəsarət və ya xəstəlik nəticəsində 3 il müddətində ölüm və ağır, az ağır və yaxud yüngül dərəcəli xəsarət alması hallarında)
- Şəxsin əlilliyini təsdiq edən sənəd (əlillik halında)
- Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarına və inzibati-texniki xidməti həyata keçirən şəxslərə münasibətdə:
- Şəxsiyyət vəsiqəsi
- Vərəsəlik hüququ haqqında şəhadətnamə (həlak olması halında)
- Sığortaolunanın ölümü haqqında şəhadətnamə (həlak olması halında)
- Hadisənin sığortaolunanın xidməti vəzifərinin icrası ilə əlaqədar olması barədə rəy
- Tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi (xəsarət və ya xəstəlik nəticəsində 3 il müddətində ölüm və ağır, az ağır və yaxud yüngül dərəcəli xəsarət alması hallarında)
- Şəxsin əlilliyini təsdiq edən sənəd (əlillik halında)
Qeyd: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq, sənədlər müvafiq dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) əldə edilir. Bunun mümkün olmadığı hallarda həmin sənədlər ərizəçi tərəfindən kağız daşıyıcılarda təqdim edilir.