Övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi

1. Xidmətin adı
Övladlığagötürmə sahəsində məsləhət və məlumat verilməsi
2. Xidmətin məzmunu
  • Övladlığa götürmə ilə əlaqədar şəxslərə müraciət qaydaları və müraciətə baxılmasının nəticəsi barədə məsləhət və məlumatın verilməsi
3. Xidmətin aid olduğu təsnifat
  • Övladlığagötürmə
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Sosial Xidmətlər Agentliyi (Sosial Xidmətlər Agentliyi)
5. Xidmətin hüquqi əsası
  • Azərbaycan Respublikasının Ailə Məcəlləsi
  • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”
  • “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı
  • “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanı
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi” Qaydası
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”
  • “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 oktyabr tarixli 392 nömrəli Qərarı
6. Xidmətin həyata keçirilmə formaları
  • Xidmət yerinə şəxsən və ya nümayəndəsi gəlməklə
  • Çağrı mərkəzi vasitəsilə
  • Elektron qaydada
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
  • Elektron qaydada
  • Birbaşa (yerində)
  • Poçt vasitəsilə
  • Çağrı mərkəzi vasitəsilə
8. Xidmətin həyata keçirilməsinin nəticəsi

 Şəxsə övladlığagötürmə sahəsində məsləhət və ya məlumat verilir.

9. Xidmət istifadəçisi barədə məlumat
  • Azərbaycan Respublikası vətəndaşları
  • Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları
  • Müddət: Dərhal
  • Xidmət haqqı: Ödənişsiz
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
  • Elektron qaydada 7/24
  • İş günlərində iş saatları ərzində
12. Xidmətin göstərilmə yeri
  • DOST mərkəzləri və filiallarının inzibati binası
  • Sosial Xidmətlər Agentliyinin Aparatı və yerli qurumlarının inzibati binası
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
  • Yoxdur
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi və ya müvəqqəti yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)
  • Xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız daşıyıcıda təqdim edilir
15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
  • Şəxslər Nazirliyin Aparatına, Sosial Xidmətlər Agentliyinə və ya DOST mərkəzlərinə və filiallarınamüraciət edirlər
  • Müraciət etmiş şəxs səlahiyyətli şəxs tərəfindən qəbul edilir və müraciəti dinlənilir
  • Müraciət etmiş şəxsə övladlığagötürmə ilə bağlı müraciət qaydaları, bu sahədə olan qanunvericiliyin tələbləri, övladlığagötürmə hüququnun olub-olmaması barədə məlumat verilir
16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
  • Şəxslər Nazirliyin Aparatına, Sosial Xidmətlər Agentliyinə və ya DOST mərkəzlərinə və filiallarınamüraciət edirlər
  • Müraciət etmiş şəxs səlahiyyətli şəxs tərəfindən qəbul edilir və müraciəti dinlənilir
  • Müraciət etmiş şəxsə övladlığagötürmə ilə bağlı müraciət qaydaları, bu sahədə olan qanunvericiliyin tələbləri, övladlığagötürmə hüququnun olub-olmaması barədə məlumat verilir
17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
  • “e-sosial” portalı
  • “Elektron hökumət” portalı
18. Xidmətin elektronlaşma səviyyəsi
  • Tam elektronlaşdırılıb
19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
  • Avtomatlaşdırılmayıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi