1. 30 dekabr 2011-ci il tarixli, 275-IVQ nömrəli “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu
Qeyd: MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.
1. Yetkinlik yaşına çatmayan görmə qabiliyyəti məhdud əlilliyi olan şəxslərin dövlət sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün qohumları, qəyyumu, himayəçisi, bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə qanuni nümayəndəsi və digər şəxslər müraciət edə bilər.
2. "DOST" mərkəzinə müraciət edən nümayəndə sosial xidmətlər istiqaməti üzrə növbə götürür.
3. Növbəsinə uyğun olaraq sosial xidmətlər üzrə müvafiq masaya yaxınlaşır və sənədləri sosial xidmətlər üzrə sosial agentə təqdim edir.
4. Mərkəzin sosial xidmət məsələləri üzrə sosial agenti tərəfindən sənədlərin tamlığı yoxlanılır.
5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə sosial agent yetkinlik yaşına çatmayan görmə qabiliyyəti məhdud şəxsin sağlamlıq imkanlarının məhdudluğu (əlilliyi) haqqında məlumatları yoxlayır.
6. Nümayəndə müraciət ərizəsi yazır (zərurət yarandıqda DOST könüllüləri tərəfindən şəxsə köməklik göstərilir).
7. Ərizənin elektron surəti və altsistemlərdən alınan məlumatlar müraciətə əlavə edilir.
8. Müraciət sosial agent tərəfindən yetkinlik yaşına çatmayan görmə imkanı məhdud şəxsin bərpa mərkəzinə yerləşdirilməsinə qərar verilməsi üçün aidiyyəti üzrə arxa ofisə göndərilir.
9. Xidmətin göstərilmə müddətinin bitməsinə ən az bir iş günü qalmış sosial agent tərəfindən müraciət edən şəxsin E-sosial portalındakı şəxsi kabinetinə arxa ofisin qəbul etdiyi qərar barədə məlumat yerləşdirilir.
© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi