Asan Aç

Sosial məişət xidmətlərinin göstərilməsi

1. Xidmətin adı
Sosial məişət xidmətlərinin göstərilməsi
2. Xidmətin ID nömrəsi
01-09-15-00
3. Xidmətlər üzrə təsnifat
  • Sosial xidmət sahəsində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. 30 dekabr 2011-ci il tarixli, 275-IVQ nömrəli “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu

2. “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 31 yanvar tarixli 17 nömrəli Qərarı

3. “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”-nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli Qərarı

4. “Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 328 nömrəli Qərarı

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Çağrı mərkəzi
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsi ilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Özünəxidmət (elektron sistemlər) vasitəsilə
  • Poçt vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
  • Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • DOST Agentliyi
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • gün
13. Xidmətin həyata keçirilməsi müddəti
15
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • gün
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
2
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
13
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
15
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • Sosial məişət xidmətinin göstərilməli olduğu şəxsin şəxsiyyət vəsiqəsi, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin daimi yaşamaq üçün icazə vəsiqəsi
  • Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış
  • Əlilliyi olan şəxs olduğu təqdirdə, şəxsin əlilliyini təsdiq edən TSEK-in qərarı (müayinə aktından şıxarış)
  • Şəxsin yaşayış yeri üzrə əmək qabiliyyətli qohumları ilə birgə yaşamaması barədə müvafiq arayış

Qeyd: MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.

22. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)

1. Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan şəxslər evdə (səyyar) sosial xidmət göstərilməsi üçün müraciət edə bilər.

2. "DOST" mərkəzinə müraciət edən şəxs sosial xidmətlər istiqaməti üzrə növbə götürür.

3. Növbəsinə uyğun olaraq sosial xidmətlər üzrə müvafiq masaya yaxınlaşır və sənədləri sosial xidmətlər üzrə sosial agentə təqdim edir.

4. Mərkəzin Sosial xidmət məsələləri üzrə sosial agenti tərəfindən müraciət dinlənilir və sənədlərin tamlığı yoxlanılır.

5. Yaşayış yeri üzrə qeydiyyatda olan adamlardan başqa xidmətə götürüləcək şəxsin onunla eyni yaşayış məntəqəsində yaşayan, ona baxmağa borclu olan qohumlarının olub-olmaması yoxlanılır.

6. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə sosial agent şəxsin əlilliyi haqqında məlumatlar yoxlanılır.

7. Məlumatlar yoxlanıldıqdan sonra şəxs müraciət ərizəsi yazır (zərurət yarandıqda DOST könüllüləri tərəfindən müraciət edən şəxsə köməklik göstərilir).

8. Ərizənin elektron surəti və altsistemlərdən alınan məlumatlar müraciətə əlavə edilir.

9. Müraciət sosial agent tərəfindən müraciət edən şəxsə evdə sosial məişət xidmətinin göstərilməsinə dair müvafiq qərar verilməsi üçün qəbul olunur.

10. Xidmətin göstərilmə müddətinin bitməsinə ən az bir iş günü qalmış sosial agent tərəfindən şəxsin E-sosial portalındakı şəxsi kabinetinə arxa ofis tərəfindən qəbul edilmiş qərar barədə məlumat yerləşdirilir.

23. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
  • e-sosial.az
  • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
24. MEİS-in strukturuna daxil olan altsistemlər
  • “Sənəd dövriyyəsi” (ESDAS) altsistemi
  • “Əlillik” (TSERAS) altsistemi
  • “Vətəndaşların qəbulu” altsistemi
25. Xidmətin elektronlaşdırlma dərəcəsi
  • Elektronlaşdırılmayan
26. Xidmətin avtomatlaşdırılma dərəcəsi
  • Avtomatlaşdırılmayan

© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi