1. "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanunu
2. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı
1. "DOST" mərkəzinə müraciət edən vətəndaş sosial xidmətlər istiqaməti üzrə növbə götürür.
2. Növbəsinə uyğun olaraq sosial xidmətlər üzrə müvafiq masaya yaxınlaşır.
3. Vətəndaş sənədləri sosial xidmətlər üzrə sosial agentə təqdim edir.
4. Mərkəzin sosial xidmət məsələləri üzrə sosial agenti tərəfindən sənədlərin tamlığı yoxlanılır.
5. Sosial agent “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə vətəndaşın işləyib-işləməməsini yoxlayır.
6. Sənədlərin tamlığı yoxlanıldıqdan sonra vətəndaş müraciət ərizəsi yazır (zərurət yarandıqda DOST könüllüləri tərəfindən vətəndaşa köməklik göstərilir).
7. Ərizənin elektron surəti və altsistemlərdən alınan məlumatlar müraciətə əlavə edilir.
8. Müraciət sosial agent tərəfindən vəsiqənin hazırlanması üçün aidiyyəti üzrə arxa ofisə - Sosial Xidmətlər Agentliyinə göndərilir.
9. Xidmətin göstərilmə müddətinin bitməsinə ən az bir iş günü qalmış sosial agent tərəfindən vətəndaşın e-sosial.az portalındakı şəxsi kabinetinə məlumat yerləşdirilir.
© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi