Himayədar ailə ilə bağlı müraciətlərin qəbul edilməsi

1. Xidmətin adı
Himayədar ailə ilə bağlı müraciətlərin qəbul edilməsi
2. Xidmətin məzmunu
  • Himayədar valideyn olmaq istəyən Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının müraciətlərinin qəbul edilməsi və onların vahid uçotunun elektron qaydada aparılmasının təmin edilməsi
3. Xidmətin aid olduğu təsnifat
  • Övladlığagötürmə ilə bağlı xidmətlər
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Sosial Xidmətlər Agentliyi (Sosial Xidmətlər Agentliyi)
5. Xidmətin hüquqi əsası
  • Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 142-ci, 142-1-ci və 144-cü maddələri
  • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndi və 2.1.1-1-ci yarımbəndi
  • Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 9-2.1-ci bəndi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.3.15-ci yarımbəndi
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın 2.16-cı bəndi
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndi
  • “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanının 1-ci hissəsi
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı”
6. Xidmətin həyata keçirilmə formaları
  • Elektron qaydada
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
  • Elektron qaydada
  • Birbaşa (yerində)
  • Poçt vasitəsilə
  • Çağrı mərkəzi vasitəsilə
8. Xidmətin həyata keçirilməsinin nəticəsi
  • Himayədar valideyn olmaq istəyən şəxs(lər)in himayədar ailə olmaq barədə Nazirliyə ünvanladığı ərizə “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə daxil edildiyi andan valideyn-namizədin müraciəti qəbul edilir və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 142-1-ci maddəsinə uyğun olaraq uçota alınır.
9. Xidmət istifadəçisi barədə məlumat
  • Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları
  • Müddət: Müraciət edən subyektlər tərəfindən sənədlərin təqdim edilməsindən asılı olaraq növbəlilik qaydasında
  • Xidmət haqqı: Ödənişsiz
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
  • Elektron qaydada 7/24
  • Digər hallarda iş günlərində iş saatları ərzində
12. Xidmətin göstərilmə yeri
  • DOST mərkəzləri və filiallarının inzibati binası
  • Sosial Xidmətlər Agentliyinin Aparatı və yerli qurumlarının inzibati binası
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsasın olmaması
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması

Tələb olunan sənədlər:

  • Elektron qaydada ərizə
  • Himayədar valideyn olmaq istəyən şəxs(lər) və ailə üzvləri barədə fərdi məlumatlar
  • Ailə vəziyyəti barədə məlumat
  • Qanunvericilikdə nəzərdə tutulmuş xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) himayədar valideyn olmaq istəyən şəxs(lər)in əyani tibbi müayinəsi əsasında İcbari Tibbi Sığorta Agentliyinin sağlamlıq haqqında arayışı
  • Təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar
  • Əməkhaqqı və başqa gəlirləri barədə məlumat (o cümlədən son 12 aylıq dövr üçün bank hesabından çıxarış, mülkiyyətində olan daşınmaz əmlak və nəqliyyat vasitələri barədə məlumat)
  • Qanunvericiliklə nəzərdə tutulmuş cinayətlərlə bağlı məhkumluğunun olub-olmadığına dair məlumatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün tarixi, cəzanın növü, müddəti, habelə azadedilmə tarixi, azadedilmə üçün əsas)
  • Aliment, kredit və digər maliyyə öhdəlikləri barədə məlumat
  • Öz qohumunu (bacı, qardaş, nəvə, qardaşın və ya bacının övladı, valideynlərinin bacı və ya qardaşının övladları) himayəyə götürdükdə – qohumluq əlaqələrinin təsdiqi barədə sənəd

Xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız üzərində təqdim edilir

15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
  • Notariat qaydasında təsdiq edilən ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə Altsistemə ötürüldükdən sonra himayədar valideyn olmaq istəyən şəxs(lər) tərəfindən himayədar ailə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemində qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır
  • Şəxsi kabineti yaradaraq qeydiyyatdan keçən şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı”nda göstərilən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) himayədar valideyn olmaq istəyən şəxs(lər)in əyani tibbi müayinəsi əsasında əldə edilən sənədlər Altsistemə daxil edilir
16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
  • Notariat qaydasında təsdiq edilən ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə Altsistemə ötürüldükdən sonra himayədar valideyn olmaq istəyən şəxs(lər) tərəfindən himayədar ailə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsistemində qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır
  • Şəxsi kabineti yaradaraq qeydiyyatdan keçən şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı”nda göstərilən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) himayədar valideyn olmaq istəyən şəxs(lər)in əyani tibbi müayinəsi əsasında əldə edilən sənədlər Altsistemə daxil edilir
17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
  • Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
  • “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sistemi
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Azərbaycan Respublikası vətəndaşları” və "Əcnəbilər” informasiya resursu
  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi
  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi
  • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
  • Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi
  • Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı
  • Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Məişət zorakılığı ilə bağlı məlumat bankı
  • Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta sahəsində vahid elektron informasiya sistemi
  • Kredit Bürolarının Kredit tarixçələrinin məlumat bazası
18. Xidmətin elektronlaşma səviyyəsi
  • Elektronlaşdırılıb
19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
  • Avtomatlaşdırılmayıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi