Himayədar ailə ilə bağlı məsləhət və məlumat verilməsi

1. Xidmətin adı
Himayədar ailə ilə bağlı məsləhət və məlumat verilməsi
2. Xidmətin məzmunu
  • Himayədar ailə ilə əlaqədar şəxslərə müraciət qaydaları və müraciətə baxılmasının nəticəsi barədə məsləhət və məlumatın verilməsi

 

3. Xidmətin aid olduğu təsnifat
  • Övladlığagötürmə ilə bağlı xidmətlər
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Sosial Xidmətlər Agentliyi (Sosial Xidmətlər Agentliyi)
5. Xidmətin hüquqi əsası
  • Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 138-1, 142 – 145-2-ci maddələri
  • “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi
  • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndi və 2.1.1-1-ci yarımbəndi
  • Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nın 9-2.2-ci bəndi
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın 2.16-cı bəndi
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndi
  • “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanın 1-ci hissəsi
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 141 nömrəli Qərarı ilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı”

 

6. Xidmətin həyata keçirilmə formaları
  • Xidmət yerinə şəxsən və ya nümayəndəsi gəlməklə
  • Çağrı mərkəzi vasitəsilə
  • Poçt vasitəsilə
  • Elektron qaydada
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
  • Elektron qaydada
  • Birbaşa (yerində)
  • Poçt vasitəsilə
  • Çağrı mərkəzi vasitəsilə
8. Xidmətin həyata keçirilməsinin nəticəsi
  • Şəxsə himayədar ailə ilə bağlı məsləhət və ya məlumat verilir, yaxud məsləhət və ya məlumat verilməsindən imtina edilir.
9. Xidmət istifadəçisi barədə məlumat
  • Azərbaycan Respublikası vətəndaşları
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları

Müddət:

  • Çağrı mərkəzi vasitəsilə və ya birbaşa (yerində) müraciət edildikdə dərhal
  • Elektron qaydada və ya poçt vasitəsilə müraciət edildikdə “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu”nda nəzərdə tutulmuş müddətdə

Xidmət haqqı: Ödənişsiz

11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
  • Elektron qaydada 7/24
  • Digər hallarda iş günlərində iş saatları ərzində
12. Xidmətin göstərilmə yeri
  • DOST mərkəzləri və filiallarının inzibati binası
  • Sosial Xidmətlər Agentliyinin Aparatı və yerli qurumlarının inzibati binası
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
  • “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
  • şəxsiyyəti təsdiq edən sənədin surəti
  • müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənəd

Xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız daşıyıcıda təqdim edilir

15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
  • Şəxslər Sosial Xidmətlər Agentliyinə və ya DOST mərkəzlərinə və filiallarına müraciət edirlər
  • Müraciət etmiş şəxs səlahiyyətli şəxs tərəfindən qəbul edilir və müraciəti dinlənilir
  • Müraciət etmiş şəxsə himayədar ailə ilə bağlı müraciət qaydaları, bu sahədə olan qanunvericiliyin tələbləri, himayədar valideyn olmaq hüququnun olub-olmaması barədə məlumat verilir
16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
  • Şəxslər Sosial Xidmətlər Agentliyinə və ya DOST mərkəzlərinə və filiallarına müraciət edirlər
  • Müraciət etmiş şəxs səlahiyyətli şəxs tərəfindən qəbul edilir və müraciəti dinlənilir
  • Müraciət etmiş şəxsə himayədar ailə ilə bağlı müraciət qaydaları, bu sahədə olan qanunvericiliyin tələbləri, himayədar valideyn olmaq hüququnun olub-olmaması barədə məlumat verilir
17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
  • “e-sosial” portalı
  • Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
18. Xidmətin elektronlaşma səviyyəsi
  • Qismən elektronlaşdırılıb
19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
  • Avtomatlaşdırılmayıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi