Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi

1. Xidmətin adı
Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi
2. Xidmətin məzmunu

Məişət zorakılığına məruz qalan şəxslərin müvəqqəti sığınacaqla (yaşayış yeri ilə) təmin edilməsi və sosial reabilitasiyanın həyata keçirilməsi məqsədilə dövlət yardım mərkəzlərinə qəbul edilməsi

3. Xidmətin aid olduğu təsnifat
  • Sosial xidmət
4. Xidməti həyata keçirən dövlət qurumunun adı
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi)
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Sosial Xidmətlər Agentliyi (Sosial Xidmətlər Agentliyi)
5. Xidmətin hüquqi əsası
  • “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu
  • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”
  • “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı
  • Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 iyun tarixli 111 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2021-ci il 28 aprel tarixli 21050000185 nömrəli qərarı ilə təsdiq edilmiş “Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Nizamnaməsi”
6. Xidmətin həyata keçirilmə formaları
  • Xidmət yerinə şəxsən gəlməklə
  • Özünəxidmət (Elektron sistemlər vasitəsilə)
7. Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
  • Elektron qaydada
  • Poçt vasitəsilə
  • Çağrı mərkəzi vasitəsilə
  • Şəxsən (yerində)
8. Xidmətin həyata keçirilməsinin nəticəsi

Sosial Xidmətlər Agentliyinin tabeliyində olan müvafiq sosial xidmət müəssisəsinə qəbul olunur və ya qəbul edilməsindən imtina edilir

9. Xidmət istifadəçisi barədə məlumat
  • Azərbaycan Respublikası vətəndaşları
  • Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
10. Xidmətin həyata keçirilməsi müddəti, xidmət haqqı, xidmət ödənişli olduqda ödənilmə üsulları
  • Müddət: Dərhal
  • Xidmət haqqı: Ödənişsiz
11. Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
  • Elektron qaydada 7/24
  • Digər hallarda iş günlərində iş saatları ərzində
12. Xidmətin göstərilmə yeri
  • Sosial Xidmətlər Agentliyinin yerli qurumlarının inzibati binası
  • Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri (VƏM)
  • “DOST” mərkəzlərinin inzibati binaları
13. Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsasın olmaması
14. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
  • şəxsiyyəti təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti)
  • yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə sağlamlıq haqqında tibbi arayış
  • yerli icra hakimiyyəti orqanı və ya polis orqanı tərəfindən məişət zorakılığına məruz qalması faktını təsdiqləyən müvafiq akt
  • xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri elektron qaydada əldə etmək mümkün olmadıqda kağız üzərində təqdim edilir
15. Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
  • Məişət zorakılığından zərər çəkən şəxslər və ya həmin şəxsin razılığı ilə qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxslərin razılığı ilə digər şəxslər bu barədə yerli icra hakimiyyəti orqanlarına və ya şəhər, rayon polis orqanlarına müraciət edirlər
  • Məişət zorakılığından zərər çəkənlərə yardım mərkəzinin –(yardım mərkəzi) sosial işçisi (psixoloqu) yerli icra hakimiyyəti orqanına və ya polis orqanına dəvət edilir, şəxslə söhbət nəticəsində onun məişət zorakılığına məruz qalması faktı təsdiqlənərək müvafiq akt tərtib edilir və şəxs yardım mərkəzinə müşayiət edilir
  • Məişət zorakılığından zərər çəkən şəxslər yardım mərkəzlərinə birbaşa müraciət etdikdə yerli icra hakimiyyəti orqanının və ya şəhər, rayon polis orqanının əməkdaşı yardım mərkəzinə dəvət edilir
  • Yardım mərkəzində qısamüddətli (3 gün) ilkin reabilitasiya xidmətindən sonra müvafiq akt tərtib edilir və şəxsin istəyinə və sosial işçinin hazırladığı fərdi iş planına uyğun olaraq sığınacağa qəbul edilir
  • Şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsindən imtina edildikdə, imtina barədə qərar 3 (üç) iş günü müddətində ərizəçiyə təqdim edilir (göndərilir). Qərarda imtinanın səbəbləri göstərilməlidir. Ərizəyə əlavə olunan sənədlərin əsli ərizəçiyə qaytarılır
16. Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar

17. Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
  • “e-sosial” portalı
  • “Elektron hökumət” portalı
  • Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
18. Xidmətin elektronlaşma səviyyəsi
  • Elektronlaşdırılıb
19. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
  • Avtomatlaşdırılmayıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi