Asan Aç

Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial xidmət müəssisələrinə qəbul edilməsi

1. Xidmətin adı
Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial xidmət müəssisələrinə qəbul edilməsi
2. Xidmətin ID nömrəsi
01-09-04-00
3. Xidmətlər üzrə təsnifat
  • Sosial xidmət sahəsində göstərilən xidmətlər
4. Xidməti həyata keçirən struktur bölmənin adı
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
5. Xidmətin hüquqi əsası

1. 30 dekabr 2011-ci il tarixli, 275-IVQ nömrəli “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu

2. “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 noyabr 2013-cü il tarixli, 320 nömrəli Qərarı

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 10 iyul 2017-ci il tarixli, 10-3 nömrəli Qərarı

6. Xidmət üzrə daxil olan müraciətlərin formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsilə
7. Xidmət üzrə istifadə olunan kommunikasiya kanalı
  • "DOST" mərkəzləri
  • Çağrı mərkəzi
  • Elektron sistemlər
8 Xidmət üzrə cavablandırma formaları
  • Şəxsən
  • Qanuni nümayəndə vasitəsi ilə
  • Çağrı mərkəzi vasitəsilə
9. Xidmətin nəticəsində imtina əsasları
  • Sənədlərin natamamlığı
  • Hüquqi əsası yoxdur
10. Xidmət istifadəçiləri
  • Əhali: Azərbaycan Respublikasının vətəndaşları
  • Əhali: Əcnəbilər (daimi yaşamaq hüququ olan)
  • Əhali: Vətəndaşlığı olmayan şəxslər (daimi yaşamaq hüququ olan)
11. Xidmətin icrasını təmin edən Nazirliyin struktur qurumu
  • SXA
12. Xidmətin həyata keçirilməsinin ümumi müddəti
  • gün
13. Xidmətin həyata keçirilməsi müddəti
10
14. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
  • gün
15. Xidmətin həyata keçirilməsinin müddəti (ön ofis)
2
16. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
  • gün
17. Xidmətin həyata keçirilməsinin müddəti (arxa ofis)
8
18. DOST operatoru tərəfindən xidmətin icra müddəti üzrə standart (dəqiqə ilə)
15
19. Xidmət haqqı
  • Ödənişsiz
20. Xidmətin göstərilmə yeri
  • "DOST" mərkəzi
  • Regional "DOST" mərkəzi
  • "DOST" filialı
21. Xidmətin göstərilməsi üçün tələb olunan sənədlər
  • Müraciət edənin şəxsiyyət vəsiqəsi və baxımsız, kimsəsiz vəziyyətdə olan şəxsiyyətini təsdiq edən sənəd
  • Sosial reabilitasiyaya ehtiyacı olan yetkinlik yaşına çatmayanların onlar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi haqqında şəhər, rayon polis orqanının qərarı.
22. Xidmət üzrə addımlarla təlimat (DOST modeli)

1. Yetkinlik yaşına çatmayan şəxs özü, qohumları, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər və ya yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiya "DOST" mərkəzinə müraciət edir.

2. Sosial xidmətlər üzrə agent tərəfindən onun arzusunun nəzərə alınması onun mənafeyinə zidd olduğu hallar istisna olmaqla, 10 yaşına çatmış yetkinlik yaşına çatmayanın reabilitasiya müəssisəsinə yerləşdirilməyə münasibəti müəyyənləşdirilir.

3. Mərkəzin Sosial xidmət məsələləri üzrə sosial agenti müraciəti qeydiyyata alır və şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə qərar verilməsi üçün aidiyyəti üzrə arxa ofisə göndərilir.

23. Xidmət zamanı istifadə edilən informasiya sistemləri (resurslar və məlumatlar)
  • MEİS (Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi)
24. MEİS-in strukturuna daxil olan altsistemlər
  • “Sənəd dövriyyəsi” (ESDAS) altsistemi
  • “Vətəndaşların qəbulu” altsistemi
25. Xidmətin elektronlaşdırlma dərəcəsi
  • Elektronlaşdırılmayan
26. Xidmətin avtomatlaşdırılma dərəcəsi
  • Avtomatlaşdırılmayan

© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi