1. 30 dekabr 2011-ci il tarixli, 275-IVQ nömrəli “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə
3. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixl 387 nömrəli fərmanı.
1. "DOST" mərkəzinə müraciət edən şəxs sosial xidmətlər istiqaməti üzrə növbə götürür.
2. Növbəsinə uyğun olaraq Mərkəzin hüquqşünasına yaxınlaşır.
3. Mərkəzin hüquqşünası tərəfindən şəxsin müraciəti dinlənilir.
4. Şəxsin müraciəti əsasında ona nazirliyin fəaliyyət istiqamətləri haqqında məlumat verilir, müraciət edənin hansı hüquqlarının olması, bu hüquqlardan hansı formada istifadə edə bilməsi izah edilir.
5. Qanunvericilik çərçivəsində digər hüquqi köməkliklər göstərilir və məsləhətlər verilir.
6. Şəxs Çağrı mərkəzinə zəng etməklə qanunvericiliklə bağlı ümumi hüquqi xidmətlərdən yararlana bilər.
© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi