1. 30 dekabr 2011-ci il tarixli, 275-IVQ nömrəli “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu
2. “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 noyabr 2013-cü il tarixli, 320 nömrəli Qərarı
Qeyd: MEİS-dən elektron məlumatların əldə edilməsi mümkün olmadıqda nəzərdə tutulan sənədlər tələb edilir.
1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) və ya onların qohumları, qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxslərin razılığı ilə digər şəxslər sosial xidmət müəssisəsinə yerləşdirilmələri üçün müraciət edə bilər.
2. "DOST" mərkəzinə müraciət edən şəxs və ya nümayəndəsi sosial xidmətlər istiqaməti üzrə növbə götürür.
3. Növbəsinə uyğun olaraq sosial xidmətlər üzrə müvafiq masaya yaxınlaşır və sənədləri sosial xidmətlər üzrə sosial agentə təqdim edir.
4. Mərkəzin Sosial xidmət məsələləri üzrə sosial agenti tərəfindən sənədlərin tamlığı yoxlanılır.
5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə sosial agent müraciət edən şəxsin əlilliyi haqqında məlumatları yoxlayır.
6. Müraciət edən şəxs (və ya nümayəndə) müraciət ərizəsi yazır (zərurət arandıqda DOST könüllüləri tərəfindən vətəndaşa köməklik göstərilir).
7. Ərizənin elektron surəti və altsistemlərdən alınan məlumatlar müraciətə əlavə edilir.
8. Müraciət sosial agent tərəfindən şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə qərar verilməsi üçün aidiyyəti üzrə arxa ofisə göndərilir.
9. Xidmətin göstərilmə müddətinin bitməsinə ən az bir iş günü qalmış sosial agent tərəfindən müraciət edən şəxsin E-sosial portalındakı şəxsi kabinetinə arxa ofis tərəfindən qəbul edilmiş qərar barədə məlumat yerləşdirilir.
© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi