Asan Aç

Övladlığagötürmə sahəsində göstərilən xidmətlər

Övladlığa götürmə prosesi hansı mərhələlərdən ibarətdir?

Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu hansı qaydada müəyyən edilir?

Övladlığa götürmə prosesində valideyn-namizədlərin uçotu üçün hansı sənəd və məlumatlar tələb olunur?

Qeyd 1: Sözügedən sənədlər aidiyyəti orqanların altsistemə inteqrasiya etdiyi məlumatlar əsasında əldə olunur.

Bu məlumatları informasiya sistemlərindən əldə etmək mümkün olmadıqda həmin sənədlərin təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında aidiyyəti orqandan tələb olunur və ya vətəndaş tərəfindən təmin olunur.

Qeyd 2: Övladlığa götürmənin uşağın mənafeyinə uyğun olmasını müəyyənləşdirmək məqsədi ilə valideyn-namizəd, ailə üzvləri, habelə onlarla birgə yaşayan şəxslərin razılığı ilə onların barəsində əlavə sənədlər və məlumatlar əldə edilə bilər.

 

Övladlığa uşaq götürmək üçün minimum yaş həddi nə qədərdir?

Nikahda olan şəxslər üçün 25 yaş, nikahda olmayanlar üçün isə 30 yaş hesab olunur (Ögey ata (ögey ana), habelə qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).

Qeyd: Üzrlü hesab edilən hallarda bu yaş həddi məhkəmə tərəfindən artırılıb, azaldıla bilər.

 

Valideyn-namizədlə övladlığa götürmək istədiyi uşaq arasındakı yaş fərqi nə qədər olmalıdır?

Valideyn-namizədlə övladlığa götürmək istədiyi uşaq arasındakı yaş fərqi 18-dən az olmamalıdır (Ögey ata (ögey ana), habelə qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).

Qeyd: Üzrlü hesab edilən hallarda bu yaş fərqi məhkəmə tərəfindən artırılıb, azaldıla bilər.

 

Hansı şəxslər övladlığa uşaq götürə bilməzlər?

Hansı xəstəlikləri olan şəxslər övladlığa uşaq götürə bilməzlər?

 

Övladlığa uşaq götürmək üçün ailədə adambaşına düşən orta aylıq gəlirin miqdarı nə qədər olmalıdır?

Ailədə adambaşına düşən orta aylıq gəlirin miqdarı ailə üzvlərinin hər biri üçün övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olmamalıdır (Ögey ata (ögey ana) və qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).

Övladlığa uşaq götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin adambaşına düşən orta aylıq gəliri yaşadığı ölkənin orta aylıq əmək haqqının 2 mislindən az olmamalıdır.

 

Uşaq ögey ata və ya ögey ana tərəfindən övladlığa götürüldükdə hansı mərhələlər onlara şamil edilmir?

Qeyd 1: Ögey ataya (anaya) münasibətdə gəlir tələbi yoxdur. Eyni zamanda, valideyn-namizədin aşağı yaş həddi, həmçinin uşaqla valideyn-namizəd arasındakı yaş fərqi nəzərə alınmır.

Qeyd 2: Hər iki valideyni vəfat etmiş uşağı övladlığa götürmək istəyən ögey ata(ana)ya uçot, müsahibə, təlim, uşaqla görüş, sınaq müddəti (yəni bütün mərhələlər) şamil edilir.

 

Qohum olmayan şəxslərin qarşılıqlı razılığı əsasında övladlığa uşaq götürüldükdə hansı mərhələlər onlara şamil edilmir?

Hansı hallarda övladlığa götürmə prosesində valideynlərin razılığı tələb olunmur?

 

Valideyn-namizədlərlə müsahibə keçirilməsi proseduru necədir?

Valideyn-namizəd uçota alındıqdan sonra 10 iş günü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin valideynlərlə iş üzrə sosial işçisi tərəfindən valideyn-namizədin evində müsahibə keçirilir. Müsahibə başa çatdıqdan sonra uşaqlarla iş üzrə sosial işçi tərəfindən valideyn-namizədin maddi-məişət şəraiti müayinə edilir.

 

Valideyn-namizədlərə təlimin keçirilmə müddəti nə qədərdir?

Müsahibədən keçən valideyn-namizədlər müddəti 30 (otuz) gündən çox olmayan təlimlərə cəlb edilirlər.

Qeyd: Öz ölkəsində övladlığa götürmə ilə bağlı təlim keçməsi barədə təsdiqedici sənəd (sertifikat) təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təlimlərə cəlb edilmirlər.

Qeyd: Təlimlərdə iştirak məcburidir.

 

Uşağın yerləşdiyi müəssisədə valideyn-namizədlə uşağın görüş müddəti nə qədərdir?

Görüş 2 (iki) ay müddətində ayda ən azı 40 (qırx) saat olmaqla həyata keçirilir. 0-1 yaşınadək uşaqlara münasibətdə görüşün müddəti 20 (iyirmi) gün müddətində 12 (on iki) saatadək qısaldıla bilər.

Qeyd: Azərbaycan Respublikasından kənarda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2 həftə ərzində ümumilikdə 40 saat müddətində müəssisələrdə uşaqlarla görüş keçirməlidirlər.

 

Uşağın valideyn-namizədin evində sınaq müddətinə müvəqqəti yerləşdirilməsi necə həyata keçirilir?

Uşaqla valideyn-namizədin görüşlərinin nəticəsinə uyğun olaraq uşaq valideyn-namizədin evində 3 (üç) ay sınaq müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə valideyn-namizəd arasında bağlanmış müqavilə əsasında müvəqqəti yerləşdirilir.

 

Monitorinq hansı müddət aralığında keçirilir?

Övladlığa götürmə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra uşaq 18 yaşına çatana qədər ilk ildə hər rüb, növbəti illərdə isə ildə 1 dəfə olmaqla həyata keçirilir.

 

Bunları bilmək lazımdır

Övladlığagötürmə üçün müraciət aşağıdakı formada həyata keçirilir:

  • Övladlığa uşaq götürmək istəyən valideyn-namizəd onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər ilə birlikdə notariat orqanına müraciət edərək övladlığagötürmə ilə bağlı ərizə alırlar.

  • Notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd tərəfindən övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsistemi”ndə qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır.

  • Valideyn-namizəd şəxsi kabineti yaradaraq qeydiyyatdan keçdikdən sonra əyani tibbi müayinənin nəticəsində arayışların alınması üçün qeydiyyatda olduğu şəhər/rayon xəstəxanasından (poliklinikasından) vərəm xəstəliyinin daşıyıcısı olub-olmadığı barədə tibbi arayışla aşağıdakı tibb müəssisələrinə yaxınlaşmalıdır:
    Bakı şəhər qeydiyyatında olan şəxslər 5 nömrəli şəhər Poliklinikasına, valideyn-namizədlə eyni ünvanda yaşayan 18 yaşına qədər olan şəxslər yaşadıqları yer üzrə poliklinikadan,  digər şəhər/rayon qeydiyyatında olan şəxslər isə Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına və ya Gəncə, Lənkəran, Şəki şəhər Mərkəzi Xəstəxanalarına.

  • Valideyn-namizəd şəxsi kabinetinə müvafiq sənədləri daxil edir, müraciət formasını doldurur və təsdiq edir. Təsdiq edilmiş müraciət aidiyyəti üzrə baxılması üçün Sosial Xidmətlər Agentliyinə yönləndirilir. Sosial Xidmətlər Agentliyi tərəfindən valideyn-namizəd uçota alınır.

  • Valideyn-namizədin müraciətində qanunvericiliyə zidd olan hallar aşkar olunduqda imtina edilir və valideyn-namizəd digər mərhələlərə buraxılmır.
 

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi