Asan Aç

Sosial–pedaqoji və sosial–psixoloji xidmətlər

Sosial-pedaqoji xidmət dedikdə nə başa düşülür?

Yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına, onlarda müsbət maraqların yaranmasına, o cümlədən asudə vaxtlarının təşkilinə və ailədə tərbiyəsinə dəstəyə yönəlmişdir.

Sosial–pedaqoji xidmətin əsas məqsədi nədən ibarətdir?

Sosial mühitdə uşaq, yeniyetmə və gənclərin inkişafı, ailə və mühitin qarşılıqlı əlaqələrinin yaradılması, şəxsiyyətin sosial adaptasiyası, təlim, tərbiyə və inkişafına yardım etmək sosial – pedaqoji xidmətin əsas məqsədi hesab olunur.

Sosial–pedaqoji xidmətin göstərilməsi zamanı əsas vəzifələr hansılardır?

 

Sosial-pedaqoji xidmətin əsas istiqamətləri nədən ibarətdir?

 

Sosial-pedaqoqun funksiyaları nələrdir?

Təlim-tərbiyə - mütəxəssis uşaqların və yetkinlik yaşına çatmış şəxslərin davranışlarına və fəaliyyətlərinə yönəldilmiş pedaqoji təsir göstərir, öz peşə təsiri sahəsindəki bütün sosial qurumların təlim və tərbiyə işlərini təbliğ edir: ailə, təhsil müəssisələri, iş kollektivləri, media, təşkilatlar və ictimai birliklər vasitəsilə;

Diaqnostika - bir mütəxəssis olaraq diaqnostik iş apararaq psixoloji və yaşla əlaqəli xüsusiyyətləri, insanın qabiliyyətlərini və maraqlarını öyrənir, ictimai çevrəsinə, yaşayış şəraitinə baxır, müsbət və ya mənfi təsirləri, problemləri müəyyən edir;

Təşkilati - mütəxəssis uşaqların və yetkin yaşına çatmış şəxslərin bu və ya digər ictimai fəaliyyətini təşkil edir, məşğulluq, peşə yönümü və adaptasiya məsələlərində kömək edir, yeniyetmə və gənclər birliklərinin fəaliyyətini əlaqələndirir, tibbi, təhsil, mədəniyyət, idman, hüquq qurumları, cəmiyyətlər və xeyriyyə təşkilatları ilə planların, layihələrin və proqramların icrasını təmin edir;

Proqnozlaşdırıcı - mütəxəssis uşağın şəxsiyyətinin inkişafı üçün sosial-pedaqoji proqram tərtib edir, müəyyən sosial-pedaqoji problemlərin həlli üçün sxem və alqoritm hazırlayır;

Profilaktik - cəmiyyətdə insan hüquqlarının qorunmasını təmin edir, yeniyetmələrə və gənclərə peşə seçimində və cəmiyyətdə öz yerini müəyyən etməkdə kömək edir;

Vasitəçilik - mütəxəssis uşağın mənafeyinə uyğun olaraq ailə, təhsil müəssisəsi, ətraf mühit, rəsmi orqanlar arasında əlaqə yaradır.

Sosial-psixoloji xidmət dedikdə nə başa düşülür?

Şəxslərin cəmiyyətə adaptasiyası məqsədilə psixoloji yardımı nəzərdə tutur

Sosial-psixoloji xidmətin göstərilməsi zamanı əsas məqsəd nədən ibarətdir?

Qarşıya qoyulan əsas məqsəd vətəndaşların həyat məmnunluğunu təmin etmək, onların daxili potensialını üzə çıxararaq mənəvi tələbatlarının ödənilməsi və cəmiyyət üçün dəyərli şəxsiyyətə çevrilməsinə yardımçı olmaqdır.

Sosial-psixoloji xidmətin göstərilməsi zamanı qarşıda duran əsas vəzifələr nədən ibarətdir?

Mərkəzə müraciət edən sosial-psixoloji yardıma ehtiyacı olan vətəndaşların müəyyən edilməsi, müxtəlif psixo-sosial və fiziki travmalı insanların o cümlədən -əlillər, sosial adaptasiyaya ehtiyaclı şəxslər, insan alveri qurbanları, təlim, öyrənmə məhdudiyyətli uşaqlar, yeniyetmələrlə sosial-psixoloji konsultasiyalar, profilaktik söhbətlərin aparılması sosial-psixoloji xidmətin qarşısında duran əsas vəzifələrdəndir.

© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi