Əmək bazarında mövcud olan tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin məşğulluğunun təmin olunması;
İşaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi;
Aktiv məşğulluq tədbirlərinə cəlb olunması;
İşəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisas və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə təşkil edilir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən işaxtaran və işsiz şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratmaqla işə düzəlmələrinə köməklik göstərilməsi məqsədilə keçirilən aktiv məşğulluq tədbiridir.
İşəgötürənlər tərəfindən kadr seçiminə imkanın yaradılması;
İşaxtaran və işsiz şəxslərin aktiv əmək bazarı proqramları, vakant iş yerləri barədə məlumatlandırılması, iş axtarışı üsulu, əmək bazarında özünü təqdimetmə, peşə istiqamətinin seçilməsi ilə bağlı məsləhətlərin verilməsi.
İqtisadiyyatın bütün sahələrini əhatə edən peşə və ixtisaslar üzrə ümumi yarmarkalar;
Ayrı-ayrı regionlar üzrə yerli əmək bazarının tələblərinə uyğun keçirilən mini yarmarkalar;
Əmək bazarının tələbləri nəzərə alınmaqla, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış yarmarkalar.
Yarmarkaların təşkil edilməsi üçün Agentliyin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən mövcud olan vakansiyalar əsasında işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir.
Tələbat nəzərə alınaraq, hər bir inzibati ərazi vahidi üzrə yarmarkaların təşkili qrafiki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilir.
Yarmarka təsdiq edilmiş qrafikə uyğun, lakin üç ayda bir dəfədən az olmayaraq təşkil olunur.
Agentlik tərəfindən yarmarkanın təşkil edildiyi aydan əvvəlki ayın 20-dən gec olmayaraq fəaliyyət planı hazırlanır və təsdiq edilir.
Yarmarkanın yeri, tarixi və vaxtı;
Yarmarkada iştirak edəcək işaxtaran və işsiz şəxslərin sayı, təhsil səviyyəsi, peşə və ixtisaslar üzrə bölgüsü;
Yarmarkada iştirak edəcək işəgötürənlərin (müəssisələrin) sayı, iqtisadi fəaliyyət sahəsi;
Yarmarkada təqdim olunacaq vakansiyaların sayı, peşə və ixtisaslar üzrə bölgüsü;
Yarmarkanın keçirilməsi üzrə xərclər smetası.
Yarmarkaların təşkili barəsində məlumatlar Nazirliyin rəsmi internet səhifəsində, "Əmək və Məşğulluq" altsistemində işaxtaran və işsiz kimi qeydiyyatda olan şəxslərin elektron kabinetində yerləşdirilir.
Hüquqi və ya fiziki şəxslərdən daxil olan sifarişlər əsasında işsiz və işaxtaran şəxslərin müvəqqəti məşğulluğunun təmin olunması məqsədilə Agentliyin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilən xidmətdir.
Birja sifarişçinin (birjaya sifariş verən hüquqi və ya fiziki şəxslər) müraciəti əsasında işaxtaran və işsiz şəxsləri birdəfəlik, qısamüddətli, mövsümi işlərə cəlb etməklə onların məşğulluğunu təmin edir.
İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxs birjada qeydiyyata alınmaq hüququna malikdir.
Bunun üçün həmin şəxs “emas.sosial.gov.az” və ya “e-sosial” portallarının mövcud audentifikasiya vasitələrindən istifadə etməklə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində “Müraciət-Ərizə” (“Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti” Qaydasının 1 nömrəli əlavəsinə uyğun olaraq) formasını doldurmalıdır.
Birja tərəfindən sifarişlərin qəbulu Sifarişçi tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminin “Əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti” Qaydasının 2 nömrəli əlavəsinə uyğun doldurularaq təsdiq edilmiş “Müraciət-Ərizə” əsasında, telefon vasitəsilə, birbaşa Agentliyin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət etməklə qəbul olunur.
Telefon vasitəsilə daxil olan hər bir sifariş və onu yerinə yetirən şəxs barədə məlumatlar Agentliyin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən MAS-a daxil edilir.
Tərəflər arasında münasibətlər bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi xarakterli müqavilə əsasında tənzimlənir.
Bunları bilmək lazımdır |
Yarmarkada işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaqla aşağıdakı xidmətlər göstərilir: Karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir; Peşə seçiminə istiqamətləndirilir; Peşə hazırlığına cəlb edilir; Haqqı ödənilən ictimai işlərə cəlb edilir; İş yerlərinə göndəriş verilir. Birjada sifarişlərin qəbul edilməsi, işaxtaran və işsiz şəxslərin qeydiyyatı və müvəqqəti işlə təmin edilməsi, habelə məlumat verilməsi, məsləhət xidmətlərinin göstərilməsi ödənişsiz həyata keçirilir. |
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi