Şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir.
Özünüməşğulluq proqramında iştirak etmək istəyən işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər qeydiyyatda olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə müraciət etməlidirlər.
İşsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxs kimi qeydiyyata alınması, özünüməşğulluğun təşkili üçün şəraitinin və biznes ideyasının olması, həmçinin ilkin praktik bacarıqlarının mövcudluğu bu proqramda iştirak etmək üçün kifayət edir.
İşsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər özünüməşğulluq proqramında iştirak etmək hüququna malikdirlər.
Özünüməşğulluğun təşkili ilə bağlı işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi;
Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi;
Özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi;
Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz və işaxtaran şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi;
Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində monitorinqi;
Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqi (o cümlədən elektron monitorinqini) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.
Təlimləri uğurla bitirən və biznes plan tərtib edən şəxslərin imtahanlarda iştirakı vacibdir. Onlara aktivlərin verilməsi imtahanların nəticələrinə (biznes planın qiymətləndirilməsinə) görə müəyyən edilir.
Bu proqram üzrə vətəndaşlar 1) İstehsal; 2) Xidmət; 3) Kənd təsərrüfatı istiqamətləri üzrə müraciət edə bilərlər.
Əmək qabiliyyətli yaşda olmalıdır.
Proqram çərçivəsində aktivlərlə təmin olunmuş şəxslərlə özündə tərəflərin hüquq və öhdəliklərini əks etdirən müqavilə imzalanır.
Aktivlərlə təmin olunmuş şəxslər 1 (bir) il müddətinə monitorinq edilir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud 3 istiqamət üzrə standart paketlər hazırlanmışdır və bu standart paketlərə əsasən müraciət edən şəxs aktivlərlə təmin olunur.
Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlak açıq hərracların keçirilməsi vasitəsilə satılır
Belə hal olduqda tərəflər arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Buna görə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Bunları bilmək lazımdır |
İşsizlikdən sığorta ödənişi alan şəxslər sığorta ödənişi aldıqları müddətdə özünüməşğulluğa cəlb edilmirlər. Şəxslərin özünüməşğulluğu təşkil olunan zaman aşağıdakı kateqoriyadan olan şəxslər üstünlük təşkil edir:
|
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi