Əmək yarmarkaları vasitəsilə məşğulluq xidmətlərinin göstərilməsi

Əmək yarmarkaları hansı məqsədlərlə təşkil edilir?

 

Əmək yarmarkası dedikdə nə başa düşülür?

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratmaqla işə düzəlmələrinə köməklik göstərilməsi məqsədilə keçirilən aktiv məşğulluq tədbiridir.

 

Əmək yarmarkalarının hansı təşkili formaları vardır?

Əmək yarmarkalarının təşkil edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərinin ilkin işi nədən ibarətdir?

Yarmarkaların təşkil edilməsi üçün Agentliyin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən mövcud olan vakansiyalar əsasında işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir.

 

Əmək yarmarkalarının təşkili qrafiki hansı qurum tərəfindən həyata keçirilir?

Tələbat nəzərə alınaraq, hər bir inzibati ərazi vahidi üzrə yarmarkaların təşkili qrafiki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təsdiq edilir.

 

Əmək yarmarkaları hansı müddətə təşkil edilir?

Yarmarka təsdiq edilmiş qrafikə uyğun, lakin üç ayda bir dəfədən az olmayaraq təşkil olunur.

 

Əmək yarmarkalarının fəaliyyət planı nə zaman hazırlanır?

Agentlik tərəfindən yarmarkanın təşkil edildiyi aydan əvvəlki ayın 20-dən gec olmayaraq fəaliyyət planı hazırlanır və təsdiq edilir.

 

Fəaliyyət planında hansı məlumatlar öz əksini tapır?

 

Əmək yarmarkalarının təşkili barəsində məlumatı vətəndaşlar necə əldə edə bilərlər?

Yarmarkaların təşkili barəsində məlumatlar Nazirliyin rəsmi internet səhifəsində və "Əmək və Məşğulluq" altsistemində işaxtaran və işsiz kimi qeydiyyatda olan şəxslərin elektron kabinetində yerləşdirilir.

 

 

Bunları bilmək lazımdır

Yarmarkada işsiz və işaxtaran şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaqla aşağıdakı xidmətlər göstərilir:

  • Karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir;
  • Peşə seçiminə istiqamətləndirilir;
  • Peşə hazırlığına cəlb edilir;
  • Haqqı ödənilən ictimai işlərə cəlb edilir;
  • İş yerlərinə göndəriş verilir.

 

© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi