Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işə düzəlməsi məqsədi ilə işəgötürənlər üçün müəyyən olunmuş iş yerlərinin (işçilərin) minimum sayıdır.
Müəssisələr üçün kvota müəyyən edilərkən və işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanarkən qadınların, yaşı 18-dən az olan işçilərin və əlilliyi olan şəxslərin işləməsi üçün müvafiq normativ hüquqi aktlarla qadağan olunan istehsalat sahələrinin siyahısı nəzərə alınır.
Kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta illik siyahı sayının 5 faizindən çox olmamaq şərtilə müəyyən edilir.
İşçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla;
İşçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər nəzərdə tutulmaqla);
İşçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2.5 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla).
Müəssisələr üçün kvota ilə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbul edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya "DOST" mərkəzlərinin göndərişi ilə həyata keçirilir.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər işə qəbul olunmaq üçün birbaşa işəgötürənə müraciət edə bilərmi?
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər işə düzəlmək üçün birbaşa müəssisələrə müraciət edə bilərlər və belə hallarda işəgötürənlər müəyyən olunmuş kvota hesabına onları işə qəbul edə bilərlər
| Bunları bilmək lazımdır |
|
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən müəssisələrə göndəriş verilərkən həmin müəssisədə kvota üzrə işlə təmin edilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin sayı nəzərə alınır. |
© 2026 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi