Peşəyönümünə dair məsləhət xidmətləri göstərilməsi

 

Peşəyönümü məsləhət xidmətinin hədəf qrupları kimlərdir?

Peşəyönümünə dair məsləhət xidməti hansı istiqamətlərdən ibarətdir?

Peşəyönümü məsləhəti zamanı peşə və ixtisas seçimində əsas hansı keyfiyyətlərə üstünlük verilir?

Peşəyönümü məsləhəti göstərilən zaman xidmətdən yararlanan şəxsin təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə üstünlük verilir.

Peşəyönümünə dair məsləhət xidməti hansı qurum tərəfindən təşkil edilir?

İşaxtaran və işsiz şəxslər üçün məsləhət xidməti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və (və ya) “DOST” Mərkəzləri tərəfindən təşkil edilir.

Peşəyönümü məsləhəti kimlər tərəfindən həyata keçirilir?

“DOST” mərkəzləri və ya Dövlət Məşğulluq Agentliyi ilə bağlanılmış müqavilə əsasında bu sahədə ixtisaslaşmış hüquqi şəxslər tərəfindən gənclər, təhsil müəssisələrinin tələbə və şagirdləri, onların valideynləri habelə digər şəxslər üçün məsləhət xidməti həyata keçirilir.

Peşəyönümünə dair məsləhət xidmətinin istiqamətləri hansılardır?

İşaxtaran və ya işsiz şəxslər üçün peşəyönümünə dair məsləhət xidməti necə təşkil olunur?

Karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir;

Peşə seçiminə istiqamətləndirilir;

Psixometrik testlərə cəlb edilir;

Əmək bazarında davranma üsulları öyrədilir.

Təhsil müəssisələrinin tələbə və şagirdləri üçün peşəyönümünə dair məsləhət xidməti necə təşkil olunur?

Peşələr haqqında məlumatlar verilir;

Məktəblərdə və ya istehsalat sahələrində peşəkarlarla görüşlər keçirilir;

Şagirdlər üçün işaxtarma oyunları, təlimlər və müsabiqələr keçirilir;

İstehsalat sahəsinə ekskursiyalar təşkil edilir;

Uşaq və gənclər üçün müxtəlif düşərgələr, peşələr üzrə klublar təşkil edilir.

 

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi