Birdəfəlik müavinətlər

Sosial müavinət nədir?

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və birdəfəlik ödənilən pul vəsaitidir.

 

Müavinət almaq hüququ olan şəxslər kimlərdir?

 

Sosial müavinətlərin təyin olunması üçün müraciətin edilməsi

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST” mərkəzinə və ya "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

 

Sosial müavinətlərin təyin olunması barədə müraciətə baxılma müddəti

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə müraciət edən şəxsə rəsmi məlumat verilir. Müavinət təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.

 

Birdəfəlik müavinətlərin növləri

 

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət

 

Müavinət hansı halda təyin olunur?

Şəxsin radiasiya qəzası nəticəsində əlilliyinin müəyyən edildiyini və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində əlilliyini təsdiq edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərar təqdim edildikdə.

 

Müavinət hansı müddətə təyin edilir?

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müraciət edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik müddətinə təyin edilir. 

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı

 1

Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi)

 2

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə üçün hər il birdəfəlik müavinətin təyin edilməsi üçün radiasiya qəzasının nəticələrinin ləğvi ilə əlaqədar cəlb olunmuş şəxslərin, habelə onların qəzadan sonra doğulmuş uşaqlarının əlilliyinin qəza ilə bağlı olmasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İdarələrarası Ekspert Şurasının rəyi

 3

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

 

Müavinətin məbləği neçə manatdır?

 300 manat

 

Uşağın anadan olmasına görə birdəfəlik müavinət

 

Müavinət hansı halda təyin olunur?

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edildikdə

 

 Müavinətin məbləği neçə manatdır?

500 manat

 

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı

 1

Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi)

 2

Uşağın doğum haqqında şəhadətnaməsinin surəti

 3

Uşağın doğumu haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı

 4 

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

 

Dəfn üçün birdəfəlik müavinət

 

Müavinət hansı halda təyin olunur?

Dəfn üçün birdəfəlik müavinət - dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət və ya ailə başçısını itirməyə görə müavinətlərdən biri təyin edilmiş şəxs və ya “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə təyin edilir.

 

Müavinətin məbləği neçə manatdır?

Əmək pensiyaçısı vəfat etdikdə, dəfni təşkil edən şəxsə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün birdəfəlik müavinət verilir. Sosial müavinət və ya işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə isə 500 manat məbləğində dəfn üçün birdəfəlik müavinət ödənilir.

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı

 1

Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi)

 2

Vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti

 3

Dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı

 4

Dəfni təşkil edən şəxs barədə 2019-cu il martın 1-dək vəfat etmiş şəxslərə münasibətdə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı, 2019-cu il martın 1-dən sonra vəfat etmiş şəxslərə münasibətdə bələdiyyənin arayışı

 5

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

 

 Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinət

 

Müavinət hansı halda təyin olunur?

Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə - qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə cəzaçəkmə müəssisələri tərəfindən verilən arayış təqdim edildikdə.

 

Müavinətin məbləği neçə manatdır?

Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir.

 

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı

 1

Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi)

 2

Şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti

 3

Şəxsin cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı

 4

Məhkəmənin qanunvericiliklə müəyyən edilmiş əsaslarla şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən azad edilməsi barədə qərarının surəti 

 5

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

  

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik müavinət

  

Müavinət hansı halda təyin olunur?

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik müavinət - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda.

Azərbaycan Respublikasının Əmək Məcəlləsindən çıxarış:

Maddə 21-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri

21-1.1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:

21-1.1.1. mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda;

21-1.1.2. mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə;

21-1.1.3. mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda.

21-1.2. Bu Məcəllənin 21-1.1.1–21.1.1.3-cü maddələrində nəzərdə tutulan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılır.

  

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Müavinət hal-hazırda proaktiv qaydada təyin olunduğu üçün heç bir sənəd tələb edilmir. 

 

Müavinətin məbləği neçə manatdır?

600 manat

 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman birdəfəlik müavinət

 

Müavinət hansı halda təyin olunur?

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzəldikdə

 

 Müavinətin məbləği neçə manatdır?

  6000 manat

 

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı

 1

Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi)

 2

Uşağın doğum haqqında şəhadətnaməsinin surəti

 3

Valideynlərin ölüm haqqında şəhadətnaməsinin surəti və yaxud bu barədə  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı

 4

Əyani təhsil haqqında arayış

 5

Hər iki valideynin məlum olmaması barədə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının arayışı

 6

Valideynlik hüququndan məhrumetmə və ya valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti

 7

Valideynlərin xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdudlaşdırılan hesab edilməsi, ölmüş elan edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti

 8

Valideynlərin cəza çəkməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı

 9

Uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi

 10 

Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd)

 

Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinət

 

Müavinət hansı halda təyin olunur?

Himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda. 

 

Müavinət hansı müddətə təyin edilir?

Himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin edilir. 

Müavinətin təyin edilməsi üçün hansı sənədlər tələb olunur?

Müavinət hal-hazırda proaktiv qaydada təyin olunduğu üçün heç bir sənəd tələb edilmir. 

 

Müavinətin məbləği neçə manatdır?

200 manat

  

Bunları bilmək lazımdır

Uşağın anadan olmasına görə birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

Dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

 

 

© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi