Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, tələb olunan sığorta stajı olduqda təyin edilir.
Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədər orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində baş verdikdə təyin edilir.
Əlilliyə görə əmək pensiyası hər hansı bir dövlət qurumuna müraciət edilmədən avtomatlaşdırılmış qaydada təyin olunur. Əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin olunmadığı halda tələb olunan sənədlərlə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edilir.
Tələb olunan sənədlərin siyahısı: | |
1 |
Şəxsiyyət vəsiqəsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi |
2 |
Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər:Əmək kitabçası; Hərbi bilet və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq arayışı; Əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd. |
3 |
Şəxsin əlilliyini müəyyən edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış |
4 |
Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin) |
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1 – 7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir.
Ailə başçısını itirməyə görə əmək pensiyası hər hansı bir dövlət qurumuna müraciət edilmədən avtomatlaşdırılmış qaydada təyin olunur. Əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin olunmadığı halda tələb olunan sənədlərlə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, "DOST" mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edilir.
Tələb olunan sənədlərin siyahısı: | |
1 |
Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün şəxsiyyət vəsiqəsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi |
2 |
Vəfat etmiş ailə başçısının ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər: - Əmək kitabçası - Hərbi bilet və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq arayışı - Əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd |
3 |
Ailə başçısının ölüm haqqında şəhadətnaməsi (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı) |
4 |
Ailə başçısının dul arvadının (ərinin) yeni nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı |
5 |
Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin şəxsiyyət vəsiqələri |
6 |
Vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən valideynlərinin biri və ya ərinin (arvadının), yaxud babasının, nənəsinin, qardaşının, bacısısının) şəxsiyyət vəsiqəsi |
7 |
Qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərar |
8 |
Ailə başçısının 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı |
9 | Vəfat etmiş ailə başçısının 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı övladının (övladlarının) əlilliyinin,, habelə atasının, anasının, arvadının, ərinin orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olması barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticələri barədə çıxarış |
10 | Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd) |
Bunları bilmək lazımdır |
|
© 2025 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi