Asan Aç

Pensiya ilə bağlı xidmətlər

Azadlıqdan məhrum olunmuş vətəndaşlara əmək pensiyalarının təyin edilməsi

Müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərin əmək pensiyasının təyin olunması üçün müraciətlərinə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 90.4-cü maddəsinə uyğun olaraq MEİS-ə ötürülən aşağıdakı məlumatlar əsasında baxılır:

Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə əmək pensiyalarının təyin edilməsi

Hərbi qulluqçulara və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə uyğun olaraq pensiya təminatı sahəsində onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 8.2-ci bəndində göstərilən elektron informasiya sistemlərindən və ya ehtiyatlarından əldə olunan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulmuş dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır.

Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:

Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir:

Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır:

Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan miqrasiya işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Dövlət qulluqçularına və digər kateqoriyadan olan şəxslərə əmək pensiyalarının təyin edilməsi

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:

  1. Dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında
  2. Dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.

Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır.

Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir.

Xaricdə yaşayan Azərbaycan Respublikasının vətəndaşına

Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.

Müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə göndərir.

Xaricə köçmüş şəxslərə əmək pensiyasının ödənilməsi

Azərbaycan Respublikasının vətəndaşlığını saxlamış şəxslərin xaricdə olduqları müddətdə onlara Azərbaycan Respublikasında təyin edilmiş əmək pensiyası arzularına əsasən Azərbaycan Respublikasının banklarında olan şəxsi hesablarına və ya öz vəsaitləri hesablarına yaşadıqları digər dövlətlərə köçürülür.

 

Beynəlxalq müqavilələr üzrə pensiyanın təyin edilməsi

Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş qaydalardan fərqli qaydalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan qaydalar tətbiq edilir.

Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir.

Pensiya təminatı sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda əmək pensiyasının müəyyən edilməsi ilə bağlı müraciətlər həmin müqavilələrlə müəyyən olunmuş səlahiyyətli qurumlar tərəfindən təqdim edilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sığortaolunanlar üzrə ödənilən əlavə vəsaitin xüsusi hesaba köçürülməsi

Xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra - MEİS) “Elektron hökumət portalı” və ya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı vasitəsilə gücləndirilmiş elektron imza ilə daxil olaraq elektron ərizə ilə müraciət edir. Ərizənin formasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.

Müraciət qəbul olunduqdan sonra xüsusi hesaba əlavə vəsait ödəmək istəyən şəxs “Dövlət sosial sığorta sistemində xüsusi hesabı aktivləşdir” elektron xidmətini seçir və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyənləşdirdiyi formada məlumatları dolduraraq təsdiqləyir.

Fərdi uçot sistemində qeydiyyatı olmayan şəxs üçün xüsusi hesaba əlavə vəsaitin ödənilməsinə icazə verilmir. 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyası hüququna uyğun olaraq əmək pensiyası kapitalı formalaşan, lakin dövlət sosial sığorta sistemində fərdi hesabı olmayan şəxslər üçün xüsusi hesaba əlavə vəsaitin ödənilməsi onlara fərdi hesab açıldıqdan sonra həyata keçirilir.

Xüsusi hesaba əlavə vəsait daxil olduqda bu barədə istifadəçinin öz ərizəsində qeyd etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə bildiriş göndərilir. Bildirişin formasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.

Xüsusi hesaba ödənilən əlavə vəsaitlərin məbləği əmək pensiyasının minimum məbləğinin 3300 mislindən çox ola bilməz.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada pensiya təyinatı aparıldıqdan sonra həmin şəxs üçün xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsinə icazə verilmir.

Xüsusi hesaba ödənilən vəsaitlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq xəzinə hesabına mədaxil olunur.

Sığortaolunanlar üzrə ödənilən vəsaitlər məcburi dövlət sosial sığorta haqlarına əlavə olaraq dövlət sosial sığorta sistemində hər bir sığortaolunan şəxsin uçotu dövründə sosial sığorta nömrəsi ilə açılmış fərdi hesabında qeydə alınır.

Fərdi hesablarda qeydə alınan vəsaitlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq indeksləşdirilir.

Xüsusi hesaba mədaxil olunmuş vəsaitlərdən əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə istifadə edilir.

Sığortaolunanın ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri xüsusi hesaba ödənilmiş əlavə vəsaitlərdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada pensiya təyinatı üçün istifadə etmək hüququna malikdirlər.

Əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və ya yenidən hesablanması ilə bağlı ümumi məlumatlar

Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.

Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017- ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

Əmək pensiyasının sığorta hissəsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (qulluq stajına görə əlavə təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

Əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (qulluq stajına görə əlavə təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanır.

Əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında Qanuna uyğun olaraq həyata keçirilir.

Ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası, əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir.

Əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır. Tələb olunan sənədlər toplandıqdan sonra qeydiyyatı üzrə müvafiq "DOST" mərkəzinə və ya Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə müraciət edilir.

Tələb olunan sənədlərin siyahısı
1

Şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi

2

Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər:

Əmək kitabçası;

Hərbi bilet və ya SHXÇDX-dən arayış;

Əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd.

3

Şəxsin əlilliyini müəyyən edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış.

© 2023 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi